Zaqatalada raket tapılıb - FOTO
Zaqatalada raket aşkarlanıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Open.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətindən Agentliyə Zaqatala rayonu, Uzunqazmalar kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə sərhəd zolağına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan dolu əleyhinə raket (SKY Clear 6, LOZA 2) aşkar olunub. Havanın qaranlıq olması ilə əlaqədar əməliyyat-axtarış tədbirləri bu gün də davam etdirilib, raketin ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Ceyhun Bayramov Hakan Fidanla görüşdü
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?