Zaqatalada şəlaləyə gedərkən itkin düşən 2 nəfərin yeri müəyyən olundu - YENİLƏNİB
Zaqatalada şəlaləyə gedərkən dağlıq-meşəlik ərazidə itkin düşən şəxslərin kimliyi məlum olub.
KONKRET.azxəbər verir ki, onlar Bakı şəhər sakinləri Əli Aydın oğlu Əlizadə və Əbdül Rzayevdir.
Yüksək dağlıq və relyefi çətin ərazidə onların yeri müəyyən olunub, təxliyə edilmələri istiqamətində tədbirlər keçirilir.
17;35
Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub.
KONKRET.azxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib. Qeyd olunub ki, hazırda onların təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
09;44
Zaqatalada iki yerli turist dağlarda itkin düşüb.
KONKRET.az xəbər verir ki, ötən gün iki nəfər şəxsiyyəti hələ məlum olmayan yerli turist Zaqatala rayonu Qəbizdərə istiqamətindən Zaqatala şəlaləsinə gedən zaman dağlıq-meşəlik ərazidə itkin düşüb.
Turistlərin itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xətt xidmətinə və DİN-in Zaqatala Rayon Polis Şöbəsinə məlumat verilib.
Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat tədbirləri aparılır.
Zaqatalada şəlaləyə gedərkən itkin düşənlər Bakı şəhər sakinləridir. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.Bildirib ki, dünən saat 14 radələrində iki nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi