Zatulin Rusiya hakimiyyətini Azərbaycan və Qazaxıstana "diş qıcamağa" ÇAĞIRDI
Zatulin Rusiya hakimiyyətini Ukraynanı dəstəkləyən Azərbaycan və Qazaxıstana "dişini qıcamağa" çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Dumasının ermənipərəst deputatı, MDB işləri,üzrə komitənin sədr müavini Konstantin Zatulin "Qovorit Moskva" radiostansiyasının efirində deyib.
Bir gün əvvəl Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə göstərdiyi dəstəyə və humanitar yardıma görə təşəkkür edib.
İki dövlət başçısı beynəlxalq platformalarda əməkdaşlığı da müzakirə ediblər.
Bundan qəzəblənən Zatulin bildirib ki, Rusiya belə şeylərə "göz yummağa" məcburdur. O əlavə edib ki, "Moskva qonşu dövlətlərin Ukraynaya dəstəyinə cavab verməsə, ölkəmizə artıq hörmət edilməyəcək".
"Biz bütün mümkün vasitələrlə perimetri tutmalıyıq. Təbii ki, diplomatik vasitələr daha yaxşıdır. Onlar ən azı hərbi vasitələrdən daha ucuzdur.
Biz az-çox səmərəli şəkildə bu xətti tutmağa çalışırıq. Ona görə bəzi hallarda gözümüzü yummağa məcbur oluruq.
Azərbaycan Ukraynaya silah və mina verir, biz buna göz yumuruq. Gözümüzü bağlamağa məcburuq, gərginlik istəmirik.
Perimetri tutmağa çalışırıq, lakin vaxtaşırı "dişimizi" göstərməliyik.
Mən indi təkcə Azərbaycandan deyil, həm də Qazaxıstandan danışıram, əks halda bizə artıq hörmət edilməyəcək", – deyə Zatulin çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir