Zatulindən ŞOK AÇIQLAMA: Yaxın vaxtlarda...
"Hazırkı baş nazir çox çətin vəziyyətdədir. Onun ölkənin lideri olduğu günləri praktiki olaraq bitdi. Bir neçə həftə əvvəl məsul siyasətçilər hakimiyyəti orduya təhvil verməyin zəruriliyini qeyd edirdilər. Paşinyan "Məxməri inqilab" dövründə qalib və populyar siyasətçidən qeyri-populyar bir fiqura çevrildi"
Publika.az xəbər verir ki, bunu Gazeta.ru-ya açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatı imzalayan Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda istefa verə bilər.
Bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli bəyanat imzalanıb. Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür