Zaurla Günaydın" verilişində baş verənlərə MTRŞ-dan AÇIQLAMA
ATV-nin efirində yayımlanan "Zaurla Günaydın" verilişinin sosial izolyasiya qaydalarının tətbiqindən əvvəl çəkildiyi ilə bağlı yayılan xəbərlərə Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov münasibət bildirib.
Open.az xəbər verir ki, metbuat.az-a özəl müsahibə verən Təvəkkül Dadaşov bildirib ki, verilişdə qonaqlardan birinin maska taxması o demək deyil ki, veriliş sosial izolyasiya qaydaları tətbiq olunan müddətdə çəkilib.
Hər birimiz özümüzü bir qədər xəstə hiss edən kimi maska geyinirik. Bu verilişdə iştirakçı olan qonaq da ola bilər ki, çəkiliş müddətdə özünü yaxşı hiss etmədiyi üçün maska geyinərək qorunmaq istəyib.
Təvəkkül Dadaşov xüsusi ilə vurğuladı ki, ölkədə fəaliyyət göstərən televiziyalar mütəmadi olaraq Covid-19 ilə mübarizədə əhalini məlumatlandıraraq virusdan qorunmaq üçün maarifləndirmə xarakterli verilişləri yayımlayıb, pandemiya ilə mübarizədə köməklik göstərirlər. Milli Televiziya və Radio Şurası koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkədə fəaliyyət göstərən televiziyaların gördüyü bu işləri yüksək qiymətləndirir.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq