"Zaxarova Əliyevi müdafiə edir, Makron haqda kəskin ifadələr işlədir" - Ermənilər Rusiyanın mövqeyindən narahatdır

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Azov milli batalyonunun komandirlərinin Türkiyədən Kiyevə köçürülməsi ilə bağlı məsələyə münasibəti Ermənistan mətbuatında gündəm olub.
KONKRET.az xəbər verir ki, yerli media nümayəndələri Narışkinin fikirlərinə istinad edərək, Tükiyə və Azərbaycanla Rusiya arasında münasibətlərə xələl gətirən fikirlər irəli sürürlər.
"ArmenianReport" saytının müəllifi Razmik Akopjanyan yazır ki, türklərə yaltaqlanmaq siyasəti Rusiya ilə yanaşı onun müttəfiqləri üçün də böyük problemlərə çevrilə bilər:
"Rusiya Ermənistanın strateji müttəfiqidir. Onun ölkəmiz, xalqımız qarşısında bir sıra öhdəlikləri var. Tarixi və bir sıra müqavilələrlə müəyyən edilmiş öhdəliklər. Rusiya hərbi bazası Gümrüdə yerləşir. Rusiya sülhməramlıları Qarabağdadır. Ermənistan hələ də KTMT-nin bir hissəsidir. Onun dağılması təkcə ruslar və Rusiya Federasiyasının tərkibində olan regionlar üçün deyil, bizim üçün də acınacaqlı nəticələrə səbəb olacaq. Bu, bu əsrin ən böyük geosiyasi fəlakəti olacaq", – deyə Akopjanyan qeyd edib.
O bildirib ki, Ukraynanın qələbəsi Azərbaycanın qələbəsi olacaq.
"Azərbaycan Ukraynaya yardım edir. Amma Rusiya rəsmi Bakının bütün bu hərəkətlərinə heç bir şəkildə sərt reaksiya vermir. Əksinə, biz tez-tez bədnam Mariya Zaxarovadan Fransa prezidenti Makron haqqında kəskin ifadələr eşidirik. Zaxarova Azərbaycan prezidenti İlham Əliyevi müdafiə edən çıxışlar edir. İndi də Türkiyənin açıq-aşkar kobudluğuna cavab olaraq Rusiyanın çox qeyri-müəyyən reaksiyasını görürük", – deyə müəllif sərsəmləyib.
Akopjanyan xatırladıb ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da eyni qeyri-müəyyən reaksiyanı verib.
"Həmçinin, Rusiya prezidenti Vladimir Putinin özü hələ də sərt qarşılıqlı addımlar atmayıb. Hətta ondan sərt açıqlama da gəlmədi. Amma Rusiyanın Türkiyə üzərində çoxlu təsir rıçaqları var! Turist axınının qarşısını almaqdan başlayaraq bütün türk şirkətlərinin Rusiya Federasiyasından qovulmasına qədər. Mən Qara dənizdə Türkiyə tərəfinə sərt və güclü hərbi cavabdan danışmıram! Amma Rusiya susur. Türkiyəyə qarşı heç bir təsir rıçaqlarından istifadə etmir", – deyə Akopjanyan yazlb.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 12 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:


yeni xeberler son xeberler azerbaycan xeberleri axsam az xeberler bu gunun xeberleri bugun xeberler axsam.az xeberler