Zaxarova erməni jurnalistə QƏZƏBLƏNDİ
Bu sualı Ermənistan hakimiyyətinə ünvanlamısınızmı?
KONKRET.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan və Azərbaycanla danışıqlarda "xalqların öz müqəddəratını təyinetmə hüququ"nun niyə nəzərə alınmaması ilə bağlı erməni jurnalistin sualına cavabında deyib.
Jurnalist müvafiq sualı verərkən iddia edib ki, Ermənistan ölkələrin ərazi bütövlüyünü dəstəkləyən Almatı bəyannaməsini imzalayarkən "Dağlıq Qarabağ"ı nəzərə almayıb.
"Sergey Viktoroviç Lavrov mətbuat konfransında bütün nüansları, bütün vurğuları izah etdi. Əlavə ediləcək bir şey yoxdur. Həmin sözlərlə kimsə bu sualı hakimiyyətə ünvanlasın ki, dövlətin vahid mövqeyi bəlli olsun. Bundan sonra nəyisə müzakirə etmək olar. Son zamanlarda bəzi şeylərin müxtəlif cür yozulmasını, çox fərqli şərh edilməsini görürük. İrəvanın əsas rəsmi mövqeyini anlamaq istərdik", – Zaxarova erməni jurnalistə cavabında bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın 1991-ci il Almatı bəyannaməsi və BMT Nizamnaməsi ilə bir-birinin ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Onun sözlərinə görə, Ermənistan bununla Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb.
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim