Zəfər Günü ərəfəsində türkiyəli qazilər Bakıya səfər edib - FOTO

Zəfər Günü ərəfəsində türkiyəli qazilər Bakıya səfər edib - FOTOTürkiyə Respublikasında fəaliyyət göstərən hərbiyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazandığı şanlı Zəfərin ildönümü ərəfəsində keçiriləcək tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycana səfər ediblər.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı, Türkiyə Milli Müdafiə Nazirliyinin dəstəyi ilə baş tutan səfərdə sıralarında minlərlə ehtiyatda olan hərbçini birləşdirən 4 böyük təşkilatın (Türkiyə Ehtiyatda olan Zabitlər Birliyi, Türkiyə Ehtiyatda olan Gizirlər Birliyi, Türkiyə Müharibə Veteranları Birliyi, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Birliyi) təmsilçiləri iştirak edir.
Azərbaycan və Türkiyən olan hərbiyönümlü QHT rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanında Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın məzarını ziyarət edərək üzərinə güllər düzüblər. 1918-ci ildə Azərbaycanda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunaraq önünə əklil qoyulub.
Türk Şəhidliyi abidəsi önündə çıxış edən "Qardaşlığımız əbədidir" QHT Koalisiyasının və "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Türkiyə Azərbaycan münasibətləri ulu öndər Heydər Əliyevin dediyi kimi "Bir millət, iki dövlət" ideologiyası əsasında inkişaf edərək dostluq, qardaşlıq prinsiplərinə söykənir. Eyni millətin iki ayrı dövləti olan respublikalarımız ikitərəfli, regional və qlobal əməkdaşlıqda dünya ölkələri üçün ideal nümunədir. Müstəqilliyimizin qazanıldığı dövrdə, xüsusilə də 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Türkiyə hər gün Azərbaycana həm siyasi, həm də mənəvi dəstək göstərdi. Azərbaycan dövlət və xalqı bu qardaşlıq dəstəyini yüksək qiymətləndirir və heç zaman unutmayacaq. Emin Həsənli diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən "Şuşa Bəyannaməsi"nin imzalanması ilə dövlətlərimiz arasında müttəfiqlik münasibətlərinin yeni mərhələsi başlayıb.
Türkiyəli hərbyönümlü təşkilatları adından çıxış edən ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş bildirib ki, ölkələrimiz arasında əlaqələrin inkişafı, əməkdaşlıq imkanlarının gücləndirilməsi regionda sabitliyin və tərəqqinin təmin edilməsinə xidmət edir. Azərbaycanın müstəqilliyinin ilk illərində kadr çatışmazlığı problemi ilə üzləşən Azərbaycan Ordusu üçün Türkiyə hərbi məktəblərində hərbçilərin hazırlanmasına xüsusi önəm verildiyini, ötən dövrdə bu istiqamətdə böyük uğurların qazanıldığını diqqətə çatdırıb.
Qeyd edək ki, səfər çərçivəsində Türkiyənin hərbyönümlü təşkilatlarının nümayəndələrinin Gəncədə Qafqaz İslam Ordusunun şərəfinə ucaldılmış abidəni, Nuru Paşanın ev muzeyini ziyarəti, Vətən müharibəsi zamanı Ermənistanın mülki əhalini raket atəşinə tutması nəticəsində Gəncədə dağıntıların baş verdiyi yerlərə baş çəkmələri, Şuşada Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirakı nəzərdə tutulur.
Zəfər Günü ərəfəsində türkiyəli qazilər Bakıya səfər edib - FOTOZəfər Günü ərəfəsində türkiyəli qazilər Bakıya səfər edib - FOTOZəfər Günü ərəfəsində türkiyəli qazilər Bakıya səfər edib - FOTO/ azxeber.com

Sosial       Tarix: 08 noyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberler bu gun beynelxalq bank mezenne gunun xeberleri kriminal xeber