Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq
Bakıda 8 noyabr tarixində açılışı olan Zəfər Muzeyi bu gündən ziyarətçilərin istifadəsinə verilib.
azxeber.com APA-ya istinadən xəbər verir ki, dövlət başçısı İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq ziyarətçilər Şanlı Zəfər tarixinin əbədiləşdirildiyi muzeylə 9-11 noyabr tarixlərində ödənişsiz qaydada tanış ola bilər.
Zəfər muzeyinə olan böyük maraq və ziyarətçi axını nəzərə alınaraq hər bir kəsin rahat keçidinin təminatı üçün muzeyin girişində növbə sistemi yaradılacaq.
Noyabrın 12-dən etibarən isə muzey bilet sistemi ilə fəaliyyət göstərəcək və bazar ertəsi istisna olmaqla digər günlər saat 11:00-dan 18:00-dək açıq olacaq.
Azərbaycan vətəndaşları üçün biletlərin qiyməti: məktəb yaşlı uşaqlar - ödənişsiz, tələbələr üçün - 1 AZN, böyüklər üçün - 5 AZN;
Xarici ölkə vətəndaşları üçün: uşaqlar – 6 AZN, böyüklər – 15 AZN
Şəhid ailələri, müharibə iştirakçıları, hərbi qulluqçular və I, II qrup əlilliyi olan vətəndaşların muzeyə ziyarəti isə ödənişsiz qaydada olacaq.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma