Zelenski Azərbaycan-Ermənistan münaqişəsinin səbəbindən danışdı
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan-Ermənistan münaqişəsinin baş verməsinin mümkün səbəbindən danışıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında bildirib.
"Əvvəlcə – Balkan yarımadası ölkələri, sonra – Tayvan, indi bəlkə də Cənubi Qafqaz… Bütün bu situasiyalar fərqli görünür, baxmayaraq ki, onları bir amil birləşdirir, yəni: qlobal təhlükəsizlik arxitekturası işləmədi. Əgər qlobal təhlükəsizlik arxitekturası işləsəydi, bütün münaqişələr olmazdı", – dövlət başçısı vurğulayıb.
O qeyd edib ki, hazırda informasiya məkanında dünyada münaqişəli vəziyyətlər və təhlükələrlə bağlı çoxlu mesajlar verilir.
"Dünyada, xüsusən də Balkan yarımadasında və Tayvanda münaqişəli vəziyyətlər qeyri-effektiv qlobal təhlükəsizlik arxitekturasına görə yaranır. Dünya elə bir model hazırlamalıdır ki, heç bir ölkənin başqa dövlətə qarşı aqressivlik nümayiş etdirməyəcəyinə zəmanət verilsin", – Zelenski qeyd edib.
Ukrayna lideri əlavə edib ki, Ukrayna təkcə Rusiyanın tammiqyaslı təcavüzü başlayandan deyil, artıq illərdir ki, təhlükəsizlik məsələlərinə diqqət yetirir: "Rusiya beynəlxalq hüquqa, bəşəriyyətin maraqlarına tamamilə məhəl qoymayandan bu günədək".
Prezident qeyd edib ki, Rusiya ilə mübarizədə 2014-cü il dönüş ili olub.
"O vaxt Krım, Donbas, Malayziyanın vurulan təyyarəsi ilə bağlı tamamilə aşkar vəziyyətlərdə Rusiya dərhal və nəzərəçarpacaq məsuliyyətdən yayındı – dünya ilə işgüzar və siyasi əlaqələri saxladı. İndi də qlobal münasibətlərdə çoxları inanır ki, onlar buna nail olacaqlar", – Ukrayna lideri vurğulayıb.//Report
Turlar.az [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?