Zelenski QƏRAR VERDİ: Müharibəyə hazırlıq başladı
Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə milli müqavimətin yaradılması və silahlı qüvvələrin sayının 4.4 faiz artırılması, yəni 261 minə çatdırılması haqda sərəncam imzalayıb.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Ukrayna lideri bu qərarın ölkənin təhlükəsizliyi üçün vacib olduğunu deyib.
"Ukraynada milli müqavimətin gücləndirilməsi bir daha 2014-cü il hadisələrinə yol verilməyəcəyinə və Ukraynanın qorunmasının ümummilli vəzifəmiz olduğuna dair güclü siqnaldır", - Zelenski bildirib.
Sənəddə milli müqavimətin Ukraynanın müdafiəsinin tərkib hissəsi olduğu, vətəndaşların hərbi təhlükəsizliyin təmin edilməsinə, təcavüzün qarşısının alınmasına və düşmənlə mübarizəyə yönəlmiş tədbirlər kompleksini əhatə etdiyi vurğulanıb. Xüsusilə, bu çərçivədə dinc dövrdə insanların əsas hərbi vərdişlərə yiyələnmələri üçün ümumi hərbi hazırlığa cəlb edilməsi planlaşdırılır.
Milli müqavimət hərəkatına prezident rəhbərlik edəcək.
Qanun Ukrayna Silahlı Qüvvələrində ərazi müdafiə qüvvələrinin yaradılmasını da təmin edir.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək