Zelenski Tbilisidən Saakaşvilini tələb edir
Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin müalicə olunmaq üçün Ukraynaya göndərilməsini tələb edib.
O xatırladıb ki, Saakaşvilinin həm də Ukrayna vətəndaşlığı var.
KONKRET.az xəbər verir ki, Zelenski Gürcüstanın Kiyevdəki səfirinin bu məqsədlə çağırılmasını və ona bu məsələ ilə bağlı Tbilisidə məsləhətləşmə aparması üçün 48 saat ərzində Ukrayna ərazisini tərk etməsini ölkə Xarici İşlər Nazirliyinə tapşırıb.
Ukrayna prezidentinin bu bəyanatına iyulun 3-də Saakaşvili işi üzrə daha bir məhkəmə iclasının keçirilməsi səbəb olub. Saakaşvili bu məhkəmə iclasında Vivamed klinikasından videobağlantı ilə iştirak edirdi. O videoda son dərəcə zəifləmiş görünürdü.
Saakaşvili məhkəmə iclasındakı çıxışına ukrayn dilində başlayıb, daha sonra siyasi bəyanatlarla çıxış edib və "bu vəziyyətə salındığına görə" Gürcüstan parlamentinin spikeri Şalve Papuaşvilidən ondan üzr istəməsini tələb edib. Zelenski özünün Twitter hesabından yazıb ki, "Rusiya Ukrayna vətəndaşı Mixeil Saakaşvilini Gürcüstan hakimiyyətinin əli ilə öldürür". O xatırladıb ki, Kiyev Tbilisidən Saakaşvilinin qaytarılmasını dəfələrlə rica edib, Qərb partnyorları isə bu məqsədlə öz variantlarını təklif ediblər.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi