Zelenski və Putin görüşəcək, müharibə bitəcək, Donbass isə... - Sibiqadan ŞOK ETİRAF

Zelenski və Putin görüşəcək, müharibə bitəcək, Donbass isə... - Sibiqadan ŞOK ETİRAFUkraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, sülh sazişinin ən mürəkkəb bəndlərinin razılaşdırılması üçün Ukrayna və Rusiya liderlərinin şəxsi görüşü zəruridir.
KONKRET.azxəbər verir ki, o, bu barədə Reuters agentliyinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Kiyev, Moskva və Vaşinqton arasında danışıqların əsasını təşkil edən 20 maddəlik sülh planında cəmi bir neçə məsələ açıq qalır.
Sibiqa vurğulayıb ki, Ukrayna müharibənin dayandırılması prosesini sürətləndirməkdə maraqlıdır və ABŞ Konqresində noyabrda keçiriləcək aralıq seçkiləri kimi xarici amillər danışıqlara təsir göstərməzdən əvvəl mövcud impulsdan istifadə etmək niyyətindədir.
"Bu müharibəni yalnız Tramp dayandıra bilər", – deyə o qeyd edib.
Nazir bildirib ki, Kiyev və Moskva arasında Donbas və Zaporojye AES məsələlərində prinsipial fikir ayrılıqları qalır. Onun sözlərinə görə, Rusiya Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissəsinin verilməsində israrlıdır, Kiyev isə bunu qəbul etmir. Eyni zamanda Ukrayna Avropanın ən böyük atom elektrik stansiyası üzərində nəzarətin bərpasını tələb edir.
"Mənim qiymətləndirməmə görə, həqiqətən impuls var. Bu sülh səylərini konsolidasiya etməli və sürətləndirməliyik. Biz buna hazırıq", – deyə Sibiqa vurğulayıb.
Nazirin sözlərinə görə, ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin Konqresdə ratifikasiyasına hazır olduğunu təsdiqləyib. Bu zəmanətlər gələcək sülh sazişi çərçivəsində müvafiq dəstəyi təmin edə bilər. O, həmçinin NATO-nun 5-ci maddəsinə bənzər, kollektiv müdafiəni nəzərdə tutan mexanizmə ehtiyac olduğunu bildirib. Təhlükəsizliyin əlavə elementi kimi Ukraynanın Aİ-yə üzvlüyü də nəzərdən keçirilir.
"Bu mərhələdə amerikalılar olmadan hər hansı təhlükəsizlik infrastrukturu və ya arxitekturasına inanmıram. Onlar bizim yanımızda olmalıdır və artıq prosesdə iştirak edirlər. Bu, çox böyük nailiyyətdir", – deyə XİN rəhbəri əlavə edib.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 09 fevral 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə


son xeberler yeni xeberler azerbaycan xeberleri hava proqnozu cəbhədən ən son xəbər şou biznes xəbərləri bugünki xəbərlər