Zelenski: "Yalnız Putinlə danışıqların mənası var"
Rusiya Federasiyasında yekun qərarları Putin verir, ona görə də yalnız onunla danışıqlar məna kəsb edir.
KONKRET.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu fikirləri prezident Volodimir Zelenski Niderlandın "Nieuwsuur" telekanalına müsahibəsində səsləndirib.
"O, heç kimin qərar qəbul edə bilməyəcəyi bir dövlət qurdu. Onların xarici işlər nazirinin nə deməsi önəmli deyil. Bizimlə söhbət etmək üçün görüşə nümayəndə heyəti göndərsə də, fərqi yoxdur. Təəssüf ki, bütün bu insanlar heç kimdir", – Zelenski deyib.
O, qeyd edib ki, hakimiyyət Rusiyanın hücum edəcəyini bilirdi, lakin iqtisadiyyatı sarsıtmamaq üçün bu barədə əhaliyə məlumat verilmirdi.
"Birləşmiş Ştatlar işğaldan bir il əvvəl həyəcan təbili çalmağı, xəndəklər qazmağı və insanları ölkədən çıxarmağı təklif etdi. Mən bununla razılaşmadım, çünki lazımsız panika yaratmağa dəyməzdi. Bu, bizim maliyyə vəziyyətimizə, büdcəmizə və iqtisadiyyatımıza təsir edəcəkdi. İndi bunu çox yaxşı başa düşürük. Yalnız işğal başlayanda bu addımları atdıq. Hazırda büdcədə ən azı 5 milyard dollar çatışmır. Bu kəsir mart ayında yaranıb", deyə o yekunlaşdırıb.
Roman Göytürk,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun