Zelenskidən Avropaya sərt xəbərdarlıq: ""Rus dünyası"nın bir hissəsi ola bilərsiniz"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinə növbəti kəskin xəbərdarlığını ünvanlayaraq, qitənin təhlükəsizlik arxitekturasında Ukraynanın rolunun həlledici olduğunu bəyan edib.
O bildirib ki, Ukraynanın Avropa təhlükəsizlik sisteminə tam inteqrasiyası təkcə Kiyevin deyil, bütün regionun gələcəyi üçün həyati əhəmiyyət kəsb edir. Zelenski vurğulayıb ki, hazırkı vəziyyətdə tərəddüd etmək və ya Ukraynanı sistemdən kənarda saxlamaq ağır nəticələrə yol aça bilər.
KONKRET.az xəbər verir ki, Ukrayna lideri bu məsələdə konkret seçim qarşısında olduqlarını diqqətə çatdırıb: "Mən əminəm: ya Ukrayna Avropa təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsi olacaq, ya da Avropada kimlərsə "rus dünyası"nın bir hissəsinə çevrilmək riski ilə üzləşəcək". Zelenskinin bu sözləri, xüsusilə Rusiya ilə münasibətlərdə ehtiyatlı mövqe nümayiş etdirən və hərbi yardımlar məsələsində ləngiyən bəzi Avropa paytaxtlarına birbaşa ismarış kimi qiymətləndirilir.
Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK