"Zelenskinin bu qərarına müdaxilə etməyəcəyik" - ABŞ
ABŞ Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının mümkün vəzifəsindən uzaqlaşdırılması ilə bağlı vəziyyətə müdaxilə etməyəcək.
KONKRET.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
"Açıq şəkildə bildirdik ki, bu xüsusi qərara müdaxilə etməyəcəyik. Bunu birbaşa Ukrayna tərəfinə bildirdik", – o bildirib.
Sallivan vurğulayıb ki, Vaşinqton kadr qərarlarını yalnız Ukrayna hakimiyyətinin məsuliyyəti hesab edir. O, həmçinin bunu Kiyev və Vladimir Zelenskinin suveren hüququ adlandırıb.
Qeyd edək ki, bundan öncə "Vaşinqton Post" Ukraynanın bu qərarla bağlı ABŞ-ı məlumatlandırdığı, ABŞ administrasiyasının isə bunu Zelenskinin suveren hüququ olduğunu bildirdiyi haqda məlumat yaymışdı.

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir