Zəlzələlərdən sonra Kahramanmaraşda araşdırma: Normadan 4 qat artıq radon qazı ortaya çıxdı

Zəlzələlərdən sonra Kahramanmaraşda araşdırma: Normadan 4 qat artıq radon qazı ortaya çıxdıZəlzələlərdən sonra Kahramanmaraşda araşdırma: Normadan 4 qat artıq radon qazı ortaya çıxdı
Türkiyənin Yıldız Texniki Universiteti (YTU) və Kocaeli Universiteti (KOÜ) tərəfindən aparılan araşdırmada fevralın 6-da baş verən zəlzələlərin episentri olan Kahramanmaraşda radon qazının səviyyəsinin normadan 4 dəfə artdığı müəyyən edilib.
Mütəxəssis Osman Günay deyib ki, torpaqda çoxlu maddə və element var və bəziləri radioaktivdir, radioaktiv maddələrin çürüməsi nəticəsində radon qazı buraxılır:
"Torpağın olduğu hər nöqtədə radon qazı var. Çünki torpağın strukturunda uran, torium və kalium var. Bunlar parçalanaraq radon qazını əmələ gətirir.
Radon qazı radioaktiv qazdır, tənəffüs yolu ilə ağciyərlərə daxil olub, orqanizmdəki DNT molekullarına və hüceyrələrinə zərər verə bilər. Bu, xərçəng yaradır".
Ardıcıl təkanların davam etməsi səbəbindən torpaqda genişlənmələrin davam etdiyini deyən mütəxəssis vurğulayıb ki, bu səbəbdən radon qazı yuxarıya doğru yüksəlməyə davam edəcək.
O qeyd edib ki, layihənin məqsədlərindən biri zəlzələni əvvəlcədən aşkar etməkdir:
"Bugünkü bilik və texnologiya ilə biz zəlzələni dəqiq müəyyən edə bilmirik.
Zəlzələ və radon qazı ilə bağlı çoxlu araşdırma var. Bu tədqiqatlar 1966-cı il Daşkənd zəlzələsi ilə başlayır. Zəlzələdən əvvəl radon qazının artması ilə bağlı elmi araşdırmalar var. Bundan sonra aparılan bir çox araşdırmada zəlzələdən əvvəl radon qazı buraxılıb. Növbəti işlərimizi xüsusilə Mərmərə bölgəsində etməyi düşünürük".
Mənbə: Anadolu / oxu.az

Maraqlı       Tarix: 09 mart 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Paltaryuyan təmiri geciksə hansı problemlər yaranır?

Paltaryuyan maşınının hissələri bir-biri ilə əlaqəli işləyir. Bir detal nasaz olduqda digər hissələr də normal işləyə bilmir. Kiçik problem vaxtında aradan qaldırıldıqda mühərrik, nasos, baraban və digər hissələr artıq yükl

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər az son xeber az metbuat bu gune olan xeberler