Zəncəfilin sonsuz faydaları - qışda sadiq dostumuz
Qış aylarında immuniteti gücləndirən təbii vasitələrdən biri də zəncəfil çayıdır. Soyuq havalarda tez-tez rast gəlinən qrip və soyuqdəyməyə qarşı orqanizmi qoruyan bu çay, həm də bədəni isinməyə kömək edir. Antibakterial və iltihab əleyhinə xüsusiyyətlərə malik olan zəncəfil, təkcə xəstəliklərdən qorumaqla kifayətlənmir, eyni zamanda həzmi yaxşılaşdırır və enerji verir.
KONKRET.azyenisabah.az-a istinadən zəncəfilin faydaları ilə bağlı məlumatları təqdim edir:
Zəncəfil çayının faydaları
Soyuqdəymə və qrip əleyhinə təsir – Tərkibindəki güclü antioksidantlar sayəsində immun sistemini möhkəmləndirir və xəstəliklərə qarşı müqaviməti artırır.
Həzmi yaxşılaşdırır – Mədə turşusunun balansını qoruyur və həzmi sürətləndirir. Həm də mədə bulanmasına qarşı effektiv vasitədir.
Bədəni isidir – Soyuq havalarda içildikdə qan dövranını sürətləndirərək bədəni isinməyə kömək edir.
Stressi və yorğunluğu azaldır – Sinir sisteminə müsbət təsir edərək rahatlamağa kömək edir.
Təzə zəncəfil daha faydalıdır
Zəncəfilin həm toz, həm də təzə halı mövcuddur. Lakin təzə zəncəfil daha çox faydalı maddələrə malikdir. Çünki tərkibindəki efir yağları və aktiv komponentlər təzə halda daha yüksək konsentrasiyada olur. Təzə zəncəfildən hazırlanmış çay, daha ətirli və təsirli olur.
Zəncəfil çayı necə dəmlənməlidir?
Təzə zəncəfil istifadə edirsinizsə, kiçik bir parçasını (təxminən 2 sm) dilimləyin və ya rəndələyin;
1 stəkan qaynar suya əlavə edib 10-15 dəqiqə dəmləyin;
Dadını daha xoş etmək üçün limon və bal əlavə edə bilərsiniz.
Necə içilməlidir?
Zəncəfil çayını səhər və ya günorta içmək tövsiyə olunur, çünki bədənin enerjisini artırır.
Xəstəlik dövründə gündə 2-3 dəfə içmək olar.
Mədə problemləri və ya qan durulducu dərman qəbul edənlər həkim məsləhəti ilə içməlidir.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var