Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir?
Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitində hazırlanan turşuların nə dərəcədə riskli olması məsələsini yenidən gündəmə gətirib.
Maraqlıdır, plov kimi geniş istifadə olunan bir yemək hansı hallarda zəhərlənməyə səbəb ola bilər? Qida zəhərlənməsi zamanı əsas risk yeməyin tərkibində, yoxsa onun hazırlanma və saxlanma şəraitində gizlənir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, plov özlüyündə təhlükəli qida hesab olunmur. Əsas risk onun hazırlanması, soyudulması və saxlanması zamanı qida təhlükəsizliyi qaydalarının pozulması ilə bağlıdır.
"Xüsusilə bişmiş düyünün uzun müddət otaq temperaturunda saxlanılması ciddi təhlükə yarada bilər. Belə ki, düyüdə Bacillus bakteriyasının sporları mövcud ola bilər. Əlverişli şərait yarandıqda bu mikroorqanizmlər çoxalaraq toksinlər əmələ gətirir. Bu səbəbdən bişmiş plovun uzun müddət isti və ya otaq temperaturunda saxlanılması qida zəhərlənməsinə gətirib çıxara bilər.
Plovun tərkibində istifadə olunan ət və toyuğun kifayət qədər bişirilməməsi də risk amillərindəndir. Bundan başqa, çiy məhsulların doğranmasında istifadə edilən bıçaq və digər mətbəx ləvazimatlarının yuyulmadan hazır qidalar üçün işlədilməsi çarpaz çirklənməyə səbəb olur".
Ekspert turşuların da xüsusi diqqət tələb etdiyini vurğulayıb.
"Ev şəraitində hazırlanan konservlər düzgün hazırlanmadıqda və saxlanılmadıqda botulizm təhlükəsi yarada bilər. Bu baxımdan turşuların hazırlanması zamanı gigiyena və qida təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Risk yalnız evdə hazırlanan məhsullarla məhdudlaşmır, istehsal və saxlanma qaydaları pozulan sənaye məhsulları da zəhərlənməyə səbəb olur".
İ.Şirinovun sözlərinə görə, bişmiş yeməklər uzun müddət otaq temperaturunda saxlanılmamalı, artıq qalan hissələr mümkün qədər tez soyudularaq soyuducuya yerləşdirilməlidir. Eyni zamanda, hazır yeməklərin soyuducuda saxlanılan çiy məhsullarla təmasının qarşısı alınmalı, məhsulların qablaşdırılmasına diqqət yetirilməlidir.
Lənkəranda baş verən hadisəyə toxunan ekspert bildirib ki, zəhərlənmənin konkret səbəbini müəyyənləşdirmək üçün laborator müayinələrin nəticələri gözlənilməlidir. Yalnız bundan sonra ailə üzvlərinin plovdan, yoxsa turşudan zəhərləndiyini dəqiqləşdirmək mümkün olacaq.
Ekspert bir daha xatırladıb ki, plovun özü təhlükəli qida sayılmasa da, düzgün hazırlanmadıqda və saxlanılmadıqda zəhərlənmə riski yarada bilər. Turşuların hazırlanması və konservləşdirilməsi zamanı yol verilən nöqsanlar isə botulizm kimi ağır nəticələrə səbəb olur.
Aynurə İsmayıl
KONKRET.az

Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü
Azərbaycanda Konstitusiya Günüdür