Zəngəzur dəhlizi: Rusiya uduzur, Türkiyə tələsir
SSRİ dağıldıqdan sonra Rusiya özünün "arxa bağçası" hesab etdiyi bir bölgədə — Cənubi Qafqazda, Avropa-Asiya xəttində çox mühüm bir qovşaq sayılan Zəngəzur Dəhlizi kimi marşrutu əldən verdi.
Rəsmi Moskva bir nömrəli geosiyasi rəqibi, NATO lideri ABŞ-a bu dəhlizi demək olar ki, uduzdu. Çox təəccüblüdür ki, Vaşinqtonda baş tutan tarixi razılaşmalara Rusiya çox səssiz reaksiya verib. Ölkə prosesi sanki kənardan bir müşahidəçi kimi izləmək məcburiyyətində qaldı. Suriya və Liviyadan qovulan Putin Rusiyasının başını Ukraynadakı müharibə qaldırmağa imkan vermir.
Amma Putin çox yaxşı dərk edir ki, onun iştirakı olmadan ABŞ-ın ev sahibliyi və vasitəçiliyi ilə Ağ Evdə keçirilən Əliyev–Tramp–Paşinyan zirvəsində əldə olunan razılaşmalar gələcək illərdə bölgənin simasında köklü dəyişikliklərə yol açacaq. Beləliklə, Cənubi Qafqazda anqlo-sakson maraqları xəttində Qərb mərkəzli yeni təhlükəsizlik arxitekturası formalaşmaqdadır. Türkiyə üzərindən baş tutan bu proses Şimali Qafqaza da sıçraya bilər.
Türk politoloqlarının ehtimalına görə, Kremlin itkiləri artdıqca bölgədə ciddi risklər yarana bilər. Üstəgəl İran da uduzanlar sırasındadır. Azərbaycan və Türkiyənin isə regional mövqeyi getdikcə güclənir. Rəsmi Bakının İsraillə möhkəm əlaqələri, həm də indi Ermənistanda ABŞ təsirinin artması Tehranın qarşıdakı illərdə "soyuq kabuslar" görəcəyini tezləşdirir.
Türkiyə isə hesab edir ki, hazırda həm Azərbaycan, həm də Ermənistan kimi qaliblər sırasında yer alır. Lakin qazancını artıra bilməsi və uzunmüddətli edə bilməsi üçün Ankara Bakını bir şəkildə razı salmalıdır.
Bu isə Ermənistanla sərhəd qapılarının açılmasıdır. Rəsmi Ankara ümid edir ki, bölgədə Türkiyənin maraqları da təmin edilməlidir. Ona görə də atılacaq hər gecikmiş addım həm Türkiyənin bu sülh prosesindən qazancını azaldar, həm də gələcəkdə Rusiya–Qərb güc mübarizəsinin Ukraynadan Cənubi Qafqaza daşınma ehtimalını gücləndirə bilər.
Ona görə də Türkiyə böyük bir fürsəti əldən verməmək üçün bölgədəki təhlükəsizlik risklərini öz üzərinə çəkməlidir. Türkiyə buna razı olacaqmı?
KONKRET.az-ın Analitik Qrupu
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı