Zərifin ŞOK SƏS YAZISI yayıldı: Süleymani ilə bağlı görün nələr deyir

Zərifin ŞOK SƏS YAZISI yayıldı: Süleymani ilə bağlı görün nələr deyirİran xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısı yayılıb.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, səs yazısında Zərifin SEPAH-ın Qüds briqadasının keçmiş komandanı Qasım Süleymani haqqında söylədiyi sərt ifadələr yer alıb. Belə ki, Zərif Süleymanini Rusiya ilə əməkdaşlığa gedərək, İranın Suriyadakı vətəndaş müharibəsinə müdaxiləsini sürətləndirməkdə və bununla nüvə razılaşmasını pozmağa çalışmaqda ittiham edib:
"Süleymani az qala hər müzakirədə kompromisə getməyimi istəyirdi. Az qala hərbi meydanının uğuru üçün bazarlıq edirdim".
Zərif, həmçinin Rusiyanın nüvə razılaşmasının uğur qazanmasına hər cür maneə yaratdığını deyib.
O, İranın Qərblə münasibətlərinin yaxşılaşmasının Moskvanın marağında olmadığını bildirib. O, məhz buna görə Süleymaninin 2015-ci ildə Rusiyaya İranın nailiyyətlərimizi məhv etmək üçün getdiyini qeyd edib.
Bununla bərabər, Zərif səs yazısında Süleymanini həm də tərifləyib. O, ABŞ-ın Süleymanini öldürməklə İrana ciddi zərbə vurduğunu bildirib.
XİN rəhbəri Süleymaninin öldürülməsinin bir neçə şəhərin dağıdılmasından daha çox ziyan verdiyini söyləyib.
Zərifin səs yazısında Ukrayna təyyarəsinin vurulması məsələsi də yer alıb. Belə ki, Zərif SEPAH-ın təyyarəni vurduğunu dərhal bildiyini, amma hökumətin bunu 3 gün sonra etiraf etdiyini deyib.
XİN rəhbəri təyyarənin vurulmasından sonra iki ali rütbəli generalın Təhlükəsizlik Şurasının iclasında olduğunu, komandirlərin ondan tvit yazmağı və təyyarəyə hücumun həqiqət olmadığını qeyd etməyi tələb etdiklərini bildirib:
"Allah şahidim olsun ki, onlar mənə Allahı inkar edirəmmiş kimi reaksiya verdilər".
Zərifin bütün bu ifadələri İranın eks-prezidenti Məhəmməd Xatəminin yaxın adamı sayılan iranlı iqtisadçı Səid Leylaza müsahibə zamanı dediyi bəlli olub. Müsahibə 2020-ci ilin martında götürülüb.
"Nyu York Tayms" müsahibənin İran administrasiyasının fəaliyyətinin sənədləşdirilməsi üçün götürüldüyünü və layihənin bir hissəsi olduğunu, eləcə də onun mediada yayımlanmaq üçün nəzərdə tutulmadığını yazıb. Bununla belə səs yazısı sonra Londonda rejim əleyhdarı sayılan "İran İnternəşnl" televiziyasının əlinə keçib. Ardınca televiziyanın jurnalistləri bunu "Nyu York Tayms" qəzeti ilə paylaşıblar.
İran Xarici İşlər Nazirliyi isə Zəriflə Leylazın danışıq faktını təsdiq edib. Bununla belə İran XİN-in nümayəndəsi Səid Xətibzadə səs yazısında faktların təhrif edildiyini və Zərifin Süleymaniyə böyük ehtiram duyduğunu vurğulayıb.

Dünya       Tarix: 26 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler bugun şou biznes xəbərləri ən son xəbərlər bugün axsam az xeberler