Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu tutuldu

Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu tutulduXalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu Daşqın Nəsirov saxlanılıb.
Open.az xəbər verir ki, iki ilə yaxındır istintaqdan gizlənən D.Nəsirov polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün saxlanılaraq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"a faktı təsdiqləyib.
Rəsmi məlumata əsasən, 2019-cu ilin iyun-iyul ayları ərzində Türkan qəsəbəsi sakini, fərdi şəkildə torpaq alqı-satqısı ilə məşğul olan D.Nəsirovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Əzizəxanım Atayeva və Xumara Şabanovanın sağ olduqları halda onların ölməsi barədə ölüm haqqında şəhadətnamələrini saxtalaşdıraraq həmin saxta sənədlərdən istifadə edib onlara vərəsəlik üzrə məxsus olan Türkan qəsəbəsində yerləşən torpaq sahələrini 13.07.2019-cu il tarixdə digər şəxsə ümumilikdə 44 min manata satmasına əsaslı şübhələr müəyyən edilib.
Fakt üzrə Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 320.2-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmasından ötrü aidiyyəti üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Xatırladaq ki, 90 yaşlı Xumara Şabanova və 80 yaşlı Əzizəxanım Atayeva mətbuata açıqlamalarında bildiriblər ki, onlar sənəd üzərində "öldürüb"lər. Belə ki, hər iki şəxsin iddialarına görə, onlara aid bağ torpaq sahələri ələ keçirilib. Hazırda həyatda olan qadınların əllərində özlərinə aid olan ölüm haqqında şəhadətnamələr var. Qadınlar qeyd edir ki, Türkan qəsəbəsində torpaqları zəbt edilib.
Əzizə Atayevanın "ölüm haqqında şəhadətnamə"sində 2006-cı il 10 iyun tarixində ürək çatışmazlığından dünyadan köçməsi qeyd olunub. Qadın işin üstü açılandan sonra özünün, övladlarının ölümlə təhdid edildiyini deyir.
20 may 2014-cü ildə Xumara Şabanova eyni diaqnozla (kəskin ürək çatışmazlığı) "öldürülüb". Hər iki qadın baş vermiş hadisədə icra nümayəndəsi Rahil Babayevin və bələdiyyə sədrinin adını çəkirlər.
Bu iş üzrə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərov, Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev də həbs olunub.

Hadisə       Tarix: 25 dekabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı

Gürcüstanda İnterpolun "qırmızı bülleteni" ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata əsasən, həmi

Əməkdar memar dünyasını dəyişdi

Əməkdar memar Əhməd İzmayılov vəfat edib. KONKRET.azxəbər verir ki, bu barədə "Yeni Sabah"a mərhumun yaxınları məlumat verib. Ə. İzmayılov Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının üzvü idi. Allah rəhmə

4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır

Xankəndi şəhərində 4 yaşlı uşaq ehtiyatsızlıqdan xəsarət alıb. KONKRET.azxəbər verir ki, uşaq yaşayış binasının üçüncü mərtəbəsindən yıxılıb. İlkin məlumata görə, uşaq xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Hadis

17 yaşlı tələbə qız faciəvi şəkildə öldü

Tərtər şəhərində 17 yaşlı qızın ölümü ilə nəticələnən hadisə baş verib. -ın Teleqraf-a istinadən xəbərinə görə, rayon sakini, 2009-cu il təvəllüdlü Ocaqova Aysu Nicat qızı ehtiyatsızlıqdan sirkə turşusu içib. Yaxınları onu

Artezian quyusu qazırdı, başına boru düşdü

Astara rayonunun Təxtənəkəran kəndində artezian quyusunun qazılması zamanı bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə Astara rayonunun Təxtənəkəran kəndində baş verib. Məlumata görə, Cəlilabad rayonunu

"Müştəridən pis qoxu gəlirdi" - Bakıda gəlinlik salonunda dava

Bakının Nizami rayonundakı ticarət mərkəzində dava olub. Teleqraf-a istinadən xəbər verir ki, hadisə "Laçın" Ticarət Mərkəzindəki "Nur" gəlinlik salonunda baş verib. Bakı şəhər sakini Afət Babayeva gəlin

Şahbuzdakı ağır qəzada ölənlərin FOTOLARI

Xəbər verdiyimiz kimi, Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Şahbuz rayonunda qeydə alınan hadisə nəticəsində üç nəfər ölüb. Qəzada həlak olan Nazim Abdullayev

Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur

Gürcüstanın Batumi şəhərində Azərbaycan vətəndaşı Hafiz Süleymanov itkin düşüb. xəbər verir ki, bu barədə itkin düşən şəxsin bacısı qızı Günay Əlizadə Gürcüstanın "Batumelebi" nəşrinə müraciət edərək kömək istəyib

Gəncədə qadın ürək əməliyyatından sonra vəfat etdi 

Gəncədə qadın əməliyyatdan sonra ölüb. APA-ya istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən özəl xəstəxanaların birinə baş verib. Tərtər rayon sakini 1958-ci il təvəllüdlü K.Qasımova əməliyyatdan sonra ölüb. Məlumat


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun az xeber en son xeber xabar az