Zirincin turş dadı və faydalı çayı

Zirincin turş dadı və faydalı çayıZirinc orqanizmə güclü təsir edən müalicəvi xüsusiyyətlərə malikdir. Onun tərkibi karbohidratlar, makro və mikro elementlər, K, E vitaminləri, 11 növ alkoloid, limon və alma turşusu, tanin və qətran maddəsi ilə zəngindir. Qədim Misirdə ondan qanı təmizləmək, Çin həkimləri bir çox xəstəliklərin müalicəsi, slavyan təbibləri isə bitkinin kök və qabığından hazırlanan cövhərdən soyuqdəymə və qanaxmalar zamanı istifadə ediblər. Onun meyvə, kök və gövdəsi vasitəsilə yun və dəri məmulatları sarı rəngə boyanırdı.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, zirinc meyvələrinin şirəsi qızdırmasalıcı, mikrob əleyhinə və qankəsici təsir göstərir.
Tikanlı və yarpağını tökən kol bitkisi olan zirincin qırmızı rəngli xırda meyvələrinin turş dadına və faydalı xüsusiyyətlərinə görə bəzən "şimal limonu" da adlandırırlar.
Zirinc göbələk əleyhinə təsirə malikdir və qocalmanı ləngidir. Zirinc kökünün dəmləməsi göz xəstəlikləri zamanı islatma kimi tətbiq edilir. Bundan başqa, zirincin meyvəsi və ondan alınan cövhər mədə-bağırsaq sistemi və ağciyər xəstəlikləri zamanı qəbul edilir.
İkinci dərəcəli şəkərli diabet xəstələrinə hər gün zirinc qəbul etmək məsləhət görülür, çünki onun qanda insulin və şəkərin normalaşdırmaq xüsusiyyəti var. Zirinc qanda xolestrolun miqdarını da azaldır. Həkimlər aktiv həyat tərzi yaşayaraq özünü gün ərzində yorğun və halsız hiss edənlərə zirinc çayı içməyi məsləhət görürlər. Lakin onun qəbulu zamanı diqqətli olmaq lazımdır. Zirinc əzələlərin aktivliyini artırır və ona görə də hamiləlik zamanı zirinc və onun yarpaqlarından hazırlanan dəmləmələri qəbul etmək məsləhət görülmür. Sakitləşdirici preparatlar qəbul edən zaman həmin dəmləmələrdən istifadə etmək olmaz. Bu dərmanın sedativliyinin artmasına səbəb ola bilər və xəstələrdə baş gicəllənmə, ürək bulanma, qıcolma, burun qanamaları müşahidə oluna bilər.
Tibdə zirincin spirtli çıxarışı hepatitlərin, öd daşı xəstəliyinin müalicəsində və uşaqlıq qanaxmasının qarşısını almaq məqsədilə tətbiq olunur. Ev şəraitində həmin cövhəri hazırlamaq çox asandır. Bunun üçün 20 qram zirinc yarpağı 100 qram 70 faizli spirtdə 15 gün müddətində isti və quru yerdə saxlanılır. Alınan tünd-sarı rəngli cövhərin turşməzə dadı olur. Onun qəbulu ən çox fibroma zamanı və abortdan sonra baş verən qanaxmalarda səmərəli vasitə sayılır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 18 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Alimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşfə imza atıblar

Beyindəki qlükoza səviyyəsi sinir siqnallarının sürətli ötürülməsini təmin edən mielin qatının (sinir liflərinin qoruyucu örtüyü) formalaşmasına birbaşa təsir göstərir. KONKRET.azxəbər verir ki, bu barədə "Nature Neuroscience"

Bu məşqlər beyin qocalmasını yavaşladır

Beynin qocalmasını yavaşlatmağın gözlənilməz yolu kəşf edilib. Güc məşqləri beynin qocalmasını yavaşladır və funksiyasını yaxşılaşdırır.   -a istinadən xəbər verir ki, yeni bir araşdırmaya görə, güc məşqləri beynin funksiyasın

Estetik əməliyyatlar məhdudlaşdırılır? – Qadağalar tətbiq oluna bilər

Son illər estetik əməliyyatlara marağın artması cəmiyyətdə yeni bir tendensiya formalaşdırıb. Əgər əvvəllər yalnız burun əməliyyatları üstünlük təşkil edirdisə, bu gün bədənşəkilləndirmə, liposaksiya, sinə dikləşdirmə kim

5 ədəd badam yeyib, sonra idman et – Sirr

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər. -a istinadən xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmada

Qriplə əlaqədar epidemioloji vəziyyət

"Hazırda, qrip və kəskin respirator virus infeksiyaları ilə əlaqədar epidemioloji vəziyyət stabil və nəzarətolunandır". bildirir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti


azerbaycan xeberleri yeni xeberler son xeberler ensonxeberler apa.az xeberler hava cebheden xeber