Zülfi Sadıxov vəfat etdi - FOTO

Zülfi Sadıxov vəfat etdi - FOTORespublikanın və Sumqayıtın neft-kmya sənayesinə ağır itki üz verib.
azxeber.com xəbər verir iki, Prezident təqaüdçüsü, Azərbaycanın Əməkdar mühəndisi, Respublika Dövlət mükafatı laureatı, SSRİ-nin "Əlaçı kimyaçısı", "Əlaçı səmərələşdiricisi" və ixtiraçısı, keçmiş Sumqayıt "Kimyasənaye" İstehsalat Birliyinn Sulfanol istehsalatının rəisi və baş mühəndisin müavini vəzifələrində çalışmış, ömrünün 50 ilini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş görkəmli istehsalatçı-kimyaçı, Sumqayıtın sonuncu ən çox titullu-ordenli, şöhrətli əmək adamı, vətənpərvər ziyalı, gözəl insan Zülfi Kazım oğlu Sadıxov uzun sürən xəstəlikdən sonra martın 25-də ömrüün 81-ci ilində vəfat edib.
Müharibə dövründə – 1942-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq  kəndində dünyaya gəlmiş Zülfi Sadıxov orta məktəbi bitirdikdən sonra 1962-ci ildə Sumqayıt Kimya-Texnologiya texnikumunu fərqlənmə diplomu ilə bitirərək, Sumqayıt "Kimyasənaye" İstehsalat Birliyinin herbisid istehsalı sexində çilingər kimi əmək fəaliyyətinə başlayıb və  istehsalatdan ayrılmadan Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsində mexanik ixtisası üzrə ali təhsil alıb.
İşə xüsusi can yandırması, əzmkarlığı, mühəndis bacarığı nəzərə alınaraq, çox keçmədən növbə rəisi, böyük mühəndis-texnoloq vəzifələrinə təyin olunmuş, 80-ci illərin əvvəllərində isə ona daha məsul bir vəzifə – birinci buraxılış sulfanol istehsalatına rəhbərlik etmək tapşırılmışdı. Bu işin nə dərəcədə mühüm və məsuliyyətli, həm də çətin olduğu ondan bilinir ki, o zaman həmin istehsalatın tərkibində 4 sex və 7 şöbə fəaliyyət göstərirdi və istehsalatda 550 nəfərə yaxın işçi, o cümlədən 70-dən çox mühəndis-texniki işçi çalışırdı. Zülfi Sadıxov fəhlə və mühəndislərlə birgə gecə-gündüz, yorulmaq bilmədən işləyərək, istehsalatda daim rekord göstəricilər qazana bilmiş, məişətdə işlənən yuyucu tozlar üçün əsas xammal olan sulfanolun keyfiyyətinin standarta müvafiq səviyyəyə çatdırılmasına nail olmuşdu.
Əldə etdiyi yüksək istehsalat nailiyyətlərinə, səmərələşdirmə və ixti­raçılıq fəaliyyətinə görə (o, 300-ə qədər səmərələşdirmə təklifinin və 5 texniki ixtiranın müəllifidir) Z.Sadıxov «SSRİ ixtiraçısı» və «Azərbaycanın Əməkdar mühəndisi» fəxri adlarına layiq görülmüş, «İxtiraçılıq və səmərələşdirmə əlaçısı» döş nişanı ilə, həmçi­nin «Qırmızı Əmək bayrağı» ordeni ilə, çoxlu sayda fəxri-fərmanlarla təltif edilmiş, bir-neçə mühəndis həmkarı ilə birgə Respublika Dövlət mükafatına layiq görülmüşdü.
İstedadlı kimyaçı, qabaqcıl istehsalat rəhbəri, vətənpərvər ziyalı, gözəl insan olan Zülfi Sadıxovun unudulmaz xatirəsi iş yoldaşlarının, doğmalarının və dostlarının qəbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin.
Zülfi Sadıxov vəfat etdi - FOTO

Sosial       Tarix: 26 mart 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


son xeberler yeni xeberler azerbaycan xeberleri şou biznes xəbərləri son xeberler bugun 2026 canli kriminal xeber bu gune olan xeberler