1/4 finalın son 3 iştirakçısı bəlli olur
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin son 3 görüşü keçiriləcək.
Publika.az xəbər verir ki, günün ilk matçı Tovuzda yerli komanda ilə "Qəbələ" arasında gerçəkləşəcək. I Dİvizion və Premyer Liqa təmsilçiləri indiyədək kubokda üz-üzə gəlməyiblər. Cütün qalibi 1/4 finalda "Qarabağ"ın rəqibi olacaq.
Saat 16:00-da start götürəcək görüşdə "Qaradağ Lökbatan"la "Zirə" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Bunadək ölkə kubokunda 2 dəfə qarşılaşmış kollektivlərin duelində heç-heçə qeydə alınmayıb. 2014/2015 mövsümündə aşağı dəstə təmilçisi "Qaradağ Lökbatan" mərhələ keçibsə, ötən mövsümdə "Zirə" böyükhesablı qələbə əldə edib. Top fərqi "qartallar"ın xeyrinədir - 4:1. Mərhələni keçən tərəf növbəti raundda "Neftçi" ilə üz-üzə gələcək.
1/8 final mərhələsinin son oyunu Masazırda olacaq. "Sabah" I Divizon təmsilçisi "Kəpəz"i qəbul edəcək. Komandalar indiyədək kubok matçında qarşılaşmayıblar. Bu görüşün qalibi 1/4 finalda "Keşlə" ilə oynayacaq.
Azərbaycan Kuboku, 1/8 final
25 yanvar (bazar ertəsi)
14:00. "Turan Tovuz" – "Qəbələ"
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu
16:00. "Qaradağ Lökbatan" – "Zirə"
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
"Dalğa Arena".
17:00. "Sabah" – "Kəpəz"
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
"Bank Respublika Arena"
Qeyd edək ki, 1/8 finalın ilk oyununda "Səbail" I Divizion təmsilçisi "Zaqatala"nı 3:2 hesabı ilə məğlub edərək, növbəti raundda "Sumqayıt"a rəqib olub. 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri iə 6-7 fevralda keçiriləcək.

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu