10 gün sonra dağıntıların altından meyiti tapılan Gündüzün müəllimi: 'O, tərbiyəli və savadlı tələbə idi
Xəbər verdiyimiz kimi, Türkiyədəki dəhşətli zəlzələdən sonra binaların uçması nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrin - Samir Quliyev, Hümam İsmayıllı, Gündüz Nəzərzadə və Şahin Verdiyevin cansız bədəni dağıntılar altından çıxarılıb.
azxeber.com xəbər verir ki, Gündüz Nəzərdanənin müəllimi, Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə Bəndəliyeva tələbəsi ilə bağlı paylaşım edib.
O, Gündüzün çox savadlı bir tələbə olduğunu bildirib:
"Gündüz Nəzərzadə - Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakultəsinin 817 A-4 qrupunun tələbəsi və sonra məzunu…. Ağıllı, tərbiyəli, savadlı, intizamlı, yaraşıqlı və çox da mehriban bir tələbə idi. Çox danışmağı sevməzdi dərs zamanı, amma hər dəfə mənalı suallar verərdi. Oxumaq, öyrənmək həvəsi böyük idi. Tələbələrdən soruşanda ki, gələcək planınız nədir, Gündüz deyirdi ki, "mən təhsilimi Türkiyədə davam etdirmək istəyirəm. Ona görə də çalışıram ki, qiymət ballarım yüksək olsun". Bu arzusuna çatdı Gündüz, amma nə yazıq ki, gələcək digər arzuları yarıda qaldı, gənc azərbaycanlı balasının… Allah sevimli gənclərimizə və cəmi zəlzələ qurbanlarına rəhmət eləsin! Məkanları cənnət, ruhları daim şad olsun! Türk dünyasının başı sağ olsun!"- deyə müəllim paylaşımında qeyd edib.
Ayşən


Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
Ukrayna Krımda dəmir yolu körpüsünü vurdu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO