10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu

10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü olduBeynəlxalq səviyyəli mötəbər tədbirlərə hər zaman uğurla ev sahibliyi edən dövlətimizin davamlı və dayanıqlı inkişafı, dünya miqyasında artan nüfuzu ölkəmizin imicini yüksəldib.
Belə ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə də yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın xarici siyasətinin uğurla həyata keçirilməsindən xəbər vermiş oldu. Əlbəttə ki, ölkəmizin Qoşulmama Hərəkatına üzv olması uğurlu xarici siyasəti sayəsində Azərbaycanın bu təsisat daxilində böyük nüfuz və etimad qazanmasının göstəricisidir.
Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük siyasi təşkilatdır və qeyri-rəsmi olaraq 1955-ci il aprelin 18-24-də İndoneziyanın Bandunq şəhərində keçirilən Afrika-Asiya konfransında təsis edilib. Qoşulmama Hərəkatı rəsmi olaraq Bandunq Zirvə Görüşündən altı il sonra, 1961-ci ildə Belqrad şəhərində keçirilən II Zirvə Görüşündə təsis edilib.
İyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda keçirilən aralıq konfransında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin videoformatda çıxışı zamanı bildirdiyi kimi, bu il biz BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan Hərəkatımızın yaradılmasının 60 illiyini qeyd edirik.
Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.
Qlobal səhiyyə böhranı fonunda Azərbaycan "peyvənd millətçiliyi"nə qarşı çıxış edir. Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb. Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur. Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib.
2020-ci il sadəcə ölkəmizüçün deyil, bütün dünya üçün asan il olmadı. Koronavirusun özü ilə gətirdiyiçoxsaylı problemlər sosial-iqtisadi həyatımızda da müəyyən çətinliklərə səbəb oldu.
Lakin bütün bu çətinliklərə rəğmən, 2020-ci il Azərbaycan xalqının taleyində və həyatında həlledici rol oynadı. Çünki Azərbaycan Qarabağ həsrətinə məhz 2020-ci ildə son qoydu. Bu ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən Müharibəsi nəticəsində 30 ilə yaxın müddətdə düşmən işğalında qalan torpaqlarımız azad edildi, işğalçı Ermənistan ordusu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Ali Baş Komandanımızın rəhbərlik etdiyi Müzəffər Azərbaycan Ordusunun ölümcül zərbələri nəticəsində darmadağın edildi. Düşmənin hərbi potensialının 80%-dən çoxu sıradan çıxarıldı. Bu, son iki əsrdə Azərbaycan xalqının əldə etdiyi ən böyük nailiyyət idi. Məhz bu səbəbdən də 2020-ci il Azərbaycan tarixində hər zaman qürur və fərəhlə anılacaq.
.///
Naftalan şəhər sakini Ülfət Əliyev

Siyasi       Tarix: 17 iyul 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son görüntülər bu gunun xeberleri haqqinda melumat xeberler bugun 2026 valyuta mezennesi 2026