10 yaşlı uşaq 2-ci mərtəbədən yıxılıb
Qobustan rayonunda bədbəxt hadisə baş verib.
Open.az xəbər verir ki, rayon sakini 2009-cu il təvəllüdlü Hüseynov Vüsal Vüqar oğlu ehtiyatsızlıq edərək iki mərtəbəli evin ikinci mərtəbəsindən yıxılıb.
Yaralı ətrafdakıların köməkliyi ilə Şamaxı Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Həkimlər uşağa sağ bazu sümüyünün sınığı diaqnozunu qoyublar.
Ounun vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. /open.az