100 balı' keçə bilməyən abituriyentlər: Universitetlərdə plan yerləri boş qalacaq

100 balı' keçə bilməyən abituriyentlər: Universitetlərdə plan yerləri boş qalacaqElm və təhsil naziri Emin Əmrullayev bir müddət öncə qeyd edib ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı təxminən 60 minə yaxın olacaq.
O qeyd edib ki, plan yerlərinin təxminən yarısından bir az çoxu dövlət sifarişi və ya dövlət hesabına təhsil alanlar üçün nəzərdə tutulur. Nazir plan yerlərinin 50 faizindən çoxunun dövlət sifarişli olacağını diqqətə çatdırıb.
Bəs, plan yerlərinin çox olması universitetlərdə ixtisas seçimindən sonra boş yerlərin qalması ilə nəticələnəcək?
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi rəhbəri Kamran Əsədov Trend-ə bildirib ki, bu il də abituriyentlərin nəticələrinin plan yerlərinə adekvat olmayacağı, böyük sayda plan yerlərinin boş qalacağı dəqiqdir.
"Bu il ali təhsil müəssisələrinin bakalavr pilləsində 60 minə yaxın qəbul plan yeri ayrılıb və bu keçən illə müqayisədə kifayət qədər çoxdur.
Bu da universitetlərə qəbul sayına ciddi şəkildə öz təsirini göstərəcək. Qeyd edim ki, bu il qəbul plan yerlərində ciddi şəkildə dəyişikliklər var. Bəzi universitetlərdə qəbul plan yerində azalmalar müşahidə olunur, bəzilərində isə artım var və ona görə də ixtisas seçməyən abituriyentlər diqqətli olmalıdırlar. Məsələn, bu il ən çox qəbul plan yerin artmasını Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müşahidə edirik. Ali təhsil müəssisələri arasında ən çox qəbul plan yeri Bakı Dövlət Üniversitetinin payına düşür. Həmçinin Türkiyə Azərbaycan və İtaliya Azərbaycan Universitetlərinə də bu il ilk dəfə qəbul həyata keçiriləcək ki, bu da universitetlərimiz arasında, xüsusilə texniki və mühəndislik ixtisaslarına qəbul həyata keçirən ali təhsil müəssisələri arasında rəqabət mühitini yaradacaq. 2 və 3 - cü qrupun açıqlanan nəticələrindən sonra yenə də böyük faiz abituriyent blokdan 100 balı keçə bilməyib. Ümumilikdə bu il də abituriyentlərin nəticələrinin plan yerlərinə adekvat olmayacağı, böyük sayda plan yerlərinin boş qalacağı dəqiqdir.
Təbii ki, ixtisas seçimi ciddi bir məsələdir. Plan yerlərindəki dəyişiklik ixtisas seçimi zamanı abituriyentlərin bəzən yanlış qərar verməsinə də gətirib çıxara bilir.Çünki bizim çox təəssüf ki, bəzi ixtisas seçimi eləyən şəxslər, valideynlər, hələ bu ilin jurnalı çıxıb deyə yazırlar. Amma keçən ilin jurnalı ilə plan yerləri, abituriyentlərin sayı təhlil olunmalıdır. Ondan sonra ixtisas seçmək eləmək olar", - deyə o əlavə edib. / azxeber.com

Sosial       Tarix: 26 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az bu gun cəbhədən son görüntülər son xeberler bugun 2026 muharibe valyuta mezennesi 2026