11 il öncə Sabunçuda baş verən sirli qətl - Cinayəti kim törədib?

11 il öncə Sabunçuda baş verən sirli qətl - Cinayəti kim törədib?Evinə oğurluğa getdiyi şəxsi bıçaqlayaraq, onun ölümünə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
azxeber.com Lent.az-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.
Təqsirləndirilən Hüseyn Cəfərov ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmədiyini deyib.
O, ifadəsində hadisə günü tək olmadığını deyib:
"2014-cü ilin noyabr ayı idi. Həmin vaxt çay evi işlədirdim. Sinif yoldaşım Özal dedi ki, qohumu Dubaydan yaxşı bahalı telefonlar, elektronik əşyalar gətirib. Malları da həyətlərindəki qarajda saxlayırlar. Gedib onları oğurlayıb sataq, borc-xərcimizi bağlayaq.
Danışdıq ki, üçümüz - mən, Özal və məhəllə uşağımız Elnurla birlikdə telefonları və elektronik avadanlıqları qarajdan oğurlayaq. Gecənin düşməsini gözləyib həmin evə getdik.
Üstümüzdə özümüzlə heç bir kəsici alət götürməmişdik. Həyət çox qaranlıq idi, göz-gözü görmürdü. Alışqanlarımızın işığının köməyi ilə Özal və mən içəri keçdik. Elnura da tapşırdıq ki, çöldə gözləsin, gələn olsa, iki dəfə fit çalıb bizi xəbərdar eləsin.
Elnur həyətdəki kolluqda gizləndi. Biz içəridə üç-dörd dəqiqə qaldıq, nə qədər axtardıqsa, heç nə tapa bilmədik. Çölə çıxanda qarajın böyründən üzünü görə bilmədiyimiz bir qadının "kimsiniz, burada nə gəzirsiniz?", - deyib qışqırığını eşidən Özal dərhal qaçmağa başladı. Mən bir qədər onun uzaqlaşmağını gözləyib ardınca qaçanda kimsə "aha, biri də buradadır" deyib çığırdı. Həyətdən çıxıb qaçanda, gördüm Elnur bir adamla dalaşır. Görünür ki, aradan çıxmağa çalışanda, üz-üzə gəlib o adama yaxalanmışdı. Mən tez qaçıb taksiyə oturdum və məhəlləyə gəldim. Mən heç kimi öldürməmişəm, ölüm işindən xeyli sonra xəbər tutdum. Lakin nə hikmətdirsə, Elnurun adı sonradan işin içindən çıxarılmışdı".
Növbəti proses aprelin 14-ü saat 11:45-ə təyin olunub.
Xatırladaq ki, 2025-ci ildə Sabunçu rayon prokurorluğu və rayon polis idarəsi əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 il əvvəl, 2014-cü ilin noyabr ayında 1977-ci il təvəllüdlü Namiq Naib oğlu Hənifənin qəsdən öldürülməsi müəyyən olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, həyata keçirilən tədbirlərlə 1990-cı il təvəllüdlü Hüseyn Gülağa oğlu Cəfərovun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Hüseyn Cəfərov Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib. Müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Sosial       Tarix: 18 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda özəl qeyri-neft-qaz sektorunda çalışanların əməkhaqlarından tutulan gəlir vergisi artırılacaq. Belə ki, hazırda aylıq 2 500 manatadək vergitutulan gəlirə tətbiq olunan 3%-lik vergi dərəcəs

Milli Qəhrəmanın oğlu qəzaya düşdü

Gəncədə Milli Qəhrəmanın oğlu avtomobil qəzasına düşüb. -a istinadən xəbər verir ki, şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü

Sahibkarlar üçün yeni güzəşt təklif edildi – Nələr dəyişəcək?

Milli Məclisin plenar iclasında çıxış edən deputat Zahid Oruc kənd təsərrüfatı, sənaye parkları, texnologiya və digər strateji sahələrə tətbiq olunan vergi güzəştlərinin ölkədə iqtisadi inkişafı stimullaşdırdığını bildirib

Manat dollar qarşısında bahalaşa bilər – Sürpriz versiya

Avronun məzənnəsi 1,8681 manata qədər ucuzlaşıb. Bəs dollarla bağlı vəziyyət hansı yerdədir? İran-ABŞ münaqişəsi uzun müddət davam etsə, Hörmüz boğazı tam bağlansa, yekunda bu, neftə və manata necə təsir edə bilər? Mana

Əhaliyə bəd xəbər - Bu məhsullar bahalaşdı

Azərbaycanda istehlak qiymətləri 2026-cı ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb. yenisabah-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-oktyabr aylarınd

Bu məhsulları almağa tələsməyin – Daha ucuzunu tapacaqsınız

Qara cümə (Black Friday) endirimləri zamanı elektronika, məişət texnikası və oyuncaqları daha sərfəli qiymətə əldə etmək mümkündür. Lakin hər böyük endirim real fürsət deyil və alıcılar alış-veriş zamanı diqqətli olmalıdırlar

Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü

Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib. Hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətind

Tanınmış həkim həbs olundu

Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub. -a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberlər valyuta mezenesi en sonxeber cəbhədən görüntülər