Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək?

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək?2027-ci il yanvarın 1-dən Azərbaycanda özəl qeyri-neft-qaz sektorunda çalışanların əməkhaqlarından tutulan gəlir vergisi artırılacaq. Belə ki, hazırda aylıq 2 500 manatadək vergitutulan gəlirə tətbiq olunan 3%-lik vergi dərəcəsi gələn ildən 5%-ə yüksələcək. 2 500–8 000 manat aralığında gəlir əldə edənlər üçün vergi 125 manat və 2 500 manatdan artıq hissənin 10%-i, 8 000 manatdan çox gəlir əldə edənlər üçün isə 675 manat və 8 000 manatdan artıq hissənin 14%-i məbləğində hesablanacaq. 
Əməkhaqqından daha çox vergi tutulacaqsa, işçinin itkisinin kompensasiyası necə həyata keçirilə bilər? Maaş artımları, vergi güzəştləri və ya digər sosial mexanizmlər nəzərdə tutulmalıdırmı?
KONKRET.azxəbər verir ki, globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, bu, muzdlu çalışan əhalinin sərəncamında qalan gəlirlərinə birbaşa təsir göstərəcək:
"Belə ki, vergi yükünün artması xüsusilə sabit əməkhaqqı ilə çalışan və gəlirlərinin əsas hissəsini gündəlik istehlaka yönəldən vətəndaşlar üçün əlavə maliyyə təzyiqi yarada bilər. Bu baxımdan vergi islahatlarının həyata keçirilməsi zamanı yalnız büdcə gəlirlərinin artırılması deyil, əhalinin real gəlirlərinin qorunması da əsas prioritetlərdən biri olmalıdır. İqtisadi baxımdan əməkhaqqından tutulan vergilərin artırılması işçinin xalis gəlirinin azalması deməkdir.  Məsələn, aylıq əməkhaqqı 2 500 manat olan işçinin gəlir vergisi üzrə aylıq ödənişi 75 manatdan 125 manata yüksəlir. Bu isə aylıq 50 manat, illik isə 600 manat əlavə vergi yükü deməkdir. Əməkhaqqı artımı ilə kompensasiya olunmadığı təqdirdə, bu dəyişiklik əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərə, daxili istehlakın artım tempini zəiflədəcək".
İqtisadçı bildirib ki, vergi dərəcələrinin artırılması ilə paralel olaraq kompensasiya mexanizmlərinin tətbiqi də nəzərdən keçirilməlidir:
"İlk növbədə, əməkhaqqı artımlarının vergi yükünün yüksəlməsi ilə uzlaşdırılması vacibdir. Xüsusilə aşağı və orta gəlirli əhali qruplarının xalis əməkhaqqının əvvəlki səviyyədə saxlanılması üçün diferensial yanaşma tətbiq oluna bilər. Bunun üçün aşağı gəlirli işçilərə əlavə vergi güzəştlərinin verilməsi, vergidən azad olunan minimum gəlir həddinin müəyyənləşdirilməsi və ya vergi krediti mexanizminin tətbiqini məqsədə uyğun hesab edirəm. Digər mühüm istiqamət işəgötürənlərin əməkhaqqı fondunu artırmağa təşviq edilməsidir. Bunun üçün müəyyən müddət ərzində əməkhaqqı artımı həyata keçirən müəssisələrə sosial sığorta və digər ödənişlər üzrə stimullar təqdim edilə bilər. Eyni zamanda, minimum əməkhaqqının və büdcə təşkilatlarında çalışanların maaşlarının inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilməsi vacibdir. Vergi yükünün artmasının qeyri-rəsmi məşğulluğa və əməkhaqqının leqallaşdırılmasına mənfi təsir göstərməməsi üçün nəzarət və stimullaşdırma mexanizmləri paralel şəkildə gücləndirilməlidir. Çünki əməkhaqqı üzrə vergi yükünün artması bəzi işəgötürənləri əməkhaqqının bir hissəsini qeyri-rəsmi ödəməyə sövq edə bilər. Bu isə həm sosial sığorta daxilolmalarına, həm də dövlət büdcəsinin gəlirlərinə mənfi təsir deməkdir".
Ekspert qeyd edib ki, gəlir vergisi islahatlarının sosial baxımdan balanslaşdırılmış şəkildə həyata keçirilməsi vacibdir:
"Vergi bazasının genişləndirilməsi və büdcə daxilolmalarının artırılması iqtisadi siyasətin legitim məqsədləridir, lakin bu proses əhalinin real gəlirlərinin azalması hesabına baş verməməlidir. Əsas yanaşma vergi yükünün artımını əməkhaqqı artımları, ünvanlı vergi güzəştləri və sosial müdafiə mexanizmləri ilə tarazlaşdırmaq olmalıdır. Belə bir yanaşma həm fiskal dayanıqlılığı qoruyar, həm də vergi islahatlarının əhali tərəfindən qəbul edilməsini asanlaşdırar".

Sosial       Tarix: 19 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Təhlükəsizlik zəmanətləri, bərpa üçün milyardlar və əsas sual: Yeni Rusiya istilasının qarşısını necə almaq olar?

Dünya diplomatiyasında növbəti gərgin həftə başlayır. Bu dəfə danışıqlar masasının arxasında yalnız amerikalılar və ukraynalılar toplaşmır. Avropa öz gələcəyinin müzakirəsində iştirak etmək niyyətindədir. Axios-un məlumatın

Azərbaycanda daha bir həkim vəfat etdi

Sumqayıt Tibb Mərkəzinin həkimi Şahin Əliyev vəfat edib. Sumqayıt Tibb Mərkəzinin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevti Şahin Əliyev dünyasını dəyişib. Qeyd edək ki, 1978-ci ildə Sumqayıt şəhərində anada

Minimum maaşla bağlı müjdə: 100 manat artım

Azərbaycanda minimum əmək haqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. KONKRET. -a istinadla xəbər verir ki, minimum əmək haqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki

Azərbaycan nefti kəskin bahalaşdı

Dünya enerji bazarlarında 2026-cı il 16 noyabr tarixində cari ticarət göstəricilərinə əsasən neft qiymətlərində müxtəlif dinamika müşahidə olunub. . xəbər verir ki, ABŞ-ın xam nefti olan "WTI Crude" markalı nefti

Manat dollar qarşısında bahalaşa bilər – Sürpriz versiya

Avronun məzənnəsi 1,8681 manata qədər ucuzlaşıb. Bəs dollarla bağlı vəziyyət hansı yerdədir? İran-ABŞ münaqişəsi uzun müddət davam etsə, Hörmüz boğazı tam bağlansa, yekunda bu, neftə və manata necə təsir edə bilər? Mana

DİM sədrliyindən BDU-nun rektorluğuna - Məleykə Abbaszadənin dosyesi

Prezident İlham Əliyevin Sərəncamı ilə Məleykə Mehdi qızı Abbaszadə Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad olunub. Dövlət başçısının digər sərəncamı ilə o, Bakı Dövlət Universitetinin yeni rektoru təyin edilib

Mərkəzi Bankın səlahiyyətləri artırıldı

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunda dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Sənədə əsasən, AMB cinayət yolu ilə əldə edilmiş əmlakı

Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir

Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qurum tərəfindən 2027–2030-cu illəri əhatə edən Maliyyə Sektorunun İnkişa

Bu sənədi almaq istəyənlər daha çox pul ödəyəcək

Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, baytarlıq pasportunun verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğinin 20 manatdan 3


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbər son xeberler bugun 2026 azerbaycan xeber saytlari axsam az xeberler