11 sentyabr hadisələrinin üzərindəki SİRR PƏRDƏSİ qalxır - Co Baydendən VACİB QƏRAR
ABŞ Prezidenti Co Bayden 11 sentyabr 2001-ci ildə baş verən hadisələrlə bağlı Federal Təhqiqatlar Bürosunun (FTB) hazırladığı məxfi və gizli qrifli sənədlərin xalqa açıqlanması ilə bağlı qərar imzalayıb.
Pubika.az xarici mətbuata istinadla xəbər verir ki, qərara əsasən, sözügedən terror aktları ilə əlaqəli sənədlərin gizliliyi aradan qaldırılacaq. Bu istiqamətdə aparılan işlərdən sonra 6 ay müddətində uyğun sənədlər xalqa təqdim ediləcək.
Bununla bağlı açıqlama verən Co Bayden seçki kampaniyasında verdiyi sözünün üstündə durduğunu söyləyib: "Seçki kampaniyamda bildirmişdim ki, 11 sentyabr hadisələrinin 20-ci ildönümündə bu faciə ilə əlaqədar gizli sənədləri xalqa açıqlayacağam. Sözümün üstündə durdum və bununla bağlı sərəncam imzaladım.
Qeyd edək ki, 11 sentyabr 2001-ci ildə "Əl-Qaidə" tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində silsilə terror aktları həyata keçirilib və tarixə "11 sentyabr hadisələri" kimi düşüb.
Tural Turan /publika.az

"Heydər Əliyev yolu Azərbaycanın uğur yoludur
MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi
Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama
Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı
TuranBank beynəlxalq fonddan maliyyə vəsaiti cəlb etdi
Tovuzda qəza oldu - Ölən var
Səhhəti ilə bağlı iddialara cavab verdi
Kənanın qardaşı da saxlanıldı
"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ
Türkiyə dünya çempionatına başlayır - Milyonlar ekran qarşısında
Milli Məclis Prezident və xanımını təbrik etdi
Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
Məcburi köçkünlərə sosial dəstəyin modeli dəyişdi - Yeni qanun qəbul edildi
Məşhurlar DÇ-2026 oyununda
Papoyan Ermənistanı xilas etmək üçün təcili Rusiyaya gedəcək