122 erməninin Azərbaycan xalqına müraciəti – Unudulan tarixi məktubun sensasion TƏFƏRRÜATI

122 erməninin Azərbaycan xalqına müraciəti – Unudulan tarixi məktubun sensasion TƏFƏRRÜATI1991-ci il yanvarın 31-də Dağlıq Qarabağ Muxtar Vilayətinin (keçmiş DQMV) 122 erməni sakini Azərbaycan xalqına ünvanlanmış müraciət yaymışdı.
Bu barədə yeni çapdan çıxmış "1991 – Keçmişə pəncərə" kitabında geniş məlumat verilib. Əməkdar jurnalist Faiq Hüsiyevin müəllifi olduğu kitabda 1991-ci ilin hər günü barədə xronolji ardıcıllıqla çağdaş tariximiz əks olunub. 1991-ci il yanvarın son günündə 122 erməninin imzaladığı məktub isə yaxın tariximizlə bağlı əvəzsiz mənbə rolunu oynayır.
KONKRET.az oxucuların marağına səbəb olacaq həmin məktubu təqdim edir:
122 erməninin Azərbaycan xalqına müraciəti – Unudulan tarixi məktubun sensasion TƏFƏRRÜATI"Üç ildir, kədər içindəyik, həyatımız zəhərə dönüb. Güzəranımızdan, dərdimizdən, doğma Qarabağın müqəddəratı üçün səksəkəmizdən danışmaq vaxtı çoxdan çatıb. Ürəklərimiz sızıldayır, taqətdən düşüb üzülmüşük. Tökülən qanlardan, çəkilən əzablardan cana doymuşuq.
Bütün namuslu ermənilər başa düşürlər ki, indi aranı qarışdıranlar dədə-babalarımızdan bizə vəsiyyət olunan mehriban qonşuluq ənənələrinə xəyanət edənlərdir.
Qarabağda ermənilər və azərbaycanlılar əsrlər boyu mehriban qonşular kimi yaşamış, bir-birinin əlindən tutmuş, sonuncu tikələrini bir-biri ilə bölmüşlər. İndi isə bu qədim torpaqda atəş açılır, hər bir evə bəla üz vermişdir. Bəs biz Qarabağ erməniləri çarpışmalarda keçən üç ildə nə qazandıq?
Doğma torpağımı quduz millətçilik diyarına çevrilib;
Vilayətin xalq təsərrüfatı dağılıb, bacı-qardaşlarımız aclıq həddinə çatıblar;
Qarabağ xalqı can rahatlığından məhrum olub, hər kəs yür üzündə alnına yazılan qədər ömür sürmək qismətinə inamını itirib.
Dağlar, meşələr, yolayrıcıları od püskürən səngərlərə çevrilib. Elə səngərlərə ki, oradan terrorçular atəş açaraq günahsız adamları öldürürlər.
İnanırıq ki, gec-tez xalqımız "Azadlıq hərəkatı" fitvaçılarının, insana cəllad kəsilmiş bu adamların əsl simasını görəcək. Hamı başa düşəcək ki, hansı demoqoqları, "millət atası" hesab ediblərmiş. Yox, bu adamlar qarabağlıları bəxtəvər eləmədilər, baş tutmayan niyyətlərinin acığını onların üstünə tökdülər, bizi düşmənçilik tonqalına atdılar, milli fəlakətə sürüklədilər.
Gəlin, açıq danışaq. Düşmənçilik toxumlarının bəhrəsi qan və nifrət oldu. Azərbaycanlılar Sumqayıtda, Bakıda talançılığa, günahsız adamların qırılmasına və qovulmasına yol verməli deyildilər.
Bilirik, başlayan siz deyildiniz. İlk qaçqınlar Ermənistandan və Dağlıq Qarabağdan zorla qovulmuş azərbaycanlılar oldular. Erməni yaraqlılarının gülləsi azərbaycanlı kəndliləri, jurnalistləri, qadınları, uşaqları öldürüb və bu, hələ də davam etməkdədir.
Millətlərarası münaqişədə ermənilərin itirdikləri qazandıqlarından çoxdur. Biz, sadə adamlar ürəkağrısı ilə başa düşürük ki, bu avantüra nəyə gətirib çıxarıb. Biz aşağıdakıları itirmişik:
Dünyanın ən gözəl paytaxtlarından biri, əsl bəşəri beynəlmiləlçiliyin dayağı olan Bakı şəhərini;
Azərbaycanda 80 minədək yüksək maaşlı iş yerini;
Ermənilərə bol nemətlər verən minlərlə hektar olduqca münbit Azərbaycan torpaqlarını;
Ali məktəb kafedralarındakı iş yerlərini;
Azərbaycanın rəhbər partiya və sovet orqanlarındakı 673 iş yerini, rayon partiya komitələrinin keçmiş katibləri, rayon icraiyyə komitələrinin keçmiş sədrləri, respublika hökumətinin keçmiş üzvləri kimi onlarca nüfuzlu mövqeyi;
Nikahı qarışıq olan yüzlərlə ailənin dincliyini, rahatlığını;
Elliklə sevinmək və kədərlənmək ixtiyarını. Çal-çağırlı Qarabağ toylarında ermənilər və azərbaycanlılar daha yan-yana oturub şənlənmirlər, hüznlü günlərdə, əzizlərin vida günlərində daha elliklə göz yaşları axıtmırıq, daha qonşular, qardaşlar kimi bir-birimizi qucaqlamırıq.
Bütün bu ağır itkilər üçün Ermənistanın keçmiş və indiki rəhbərləri cavabdehdirlər, o kəslər ki, qabaqlar bizi əsl erməni hesab eləmirdilər. Birdən-birə onlarda bizə sonsuz "atəşin məhəbbət" haradan yarandı?
Lakin gözlərimiz açılır. Çoxumuz millətçiliyin hədələri qarşısında qorxu hissindən yavaş-yavaş xilas olur, Azərbaycan xalqı ilə normal münasibətləri dirçəltmək yollarını axtarırıq.
Vilayəti kənardan yeridilən və özümüzünkülərdən olan terrorçulardan, Milli ədavətin bütün təhrikçilərindən qəti təmizləmək gərəkdir. Biz SSRİ Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərlərindən xahiş edirik ki, bu işdə bizə kömək etsinlər;
Ermənistan rəhbərliyinə imkan verilməsin ki, Azərbaycanın işlərinə qarışsın. Biz SSRİ Ali Sovetindən xahiş edirik ki, bu prinsipə əməl etsin;
Hər cür düşmən davranışlarını 2 illiyə qadağan etmək lazımdır. Bu müddətdə bütün mübahisəli məsələləri biz özümüz həll edərik. Axı barışıq o deməkdir ki, sağındakı və solundakı qonşu ilə barışasan. Biz buna hazırıq.
Respublika prezidenti tərəfindən təyin olunmuş razılaşdırıcı və seçki komissiyalarının nəzarəti altında Azərbaycan Ali Sovetinə, vilayət, şəhər və rayon sovetlərinə demokratik seçkilər keçirilməsi yolu ilə muxtar vilayətin partiya, sovet və digər idarə orqanlarını bərpa etmək gərəkdir. Biz xəlvəti seçkilər keçirilməsinə yol vermərik. Bəsdir, bizi ələ saldılar! Yol vermərik ki, başlayanlar, manuçarovlar, qriqoryanlar, babayanlar, mirzoyanlar – bu siyasi hiyləbaz və iblislər bizim xalq deputatlarımız seçilsinlər. Biz Azərbaycan xalqı ilə birlikdə yeni həyat quruculuğunda iştirak etmək istəyirik.
Möhkəm əminik ki, Dağlıq Qarabağın yaraları ancaq respublikanın özündə sağala bilər. Qoy Moskvadan, Yerevandan və dünyanın o tayından olan ermənilərin arasından çağrılmamış müşavirlər bizi rahat buraxsınlar.
SSRİ Daxili İşlər Nazirliyi daxili qoşunlarının, Sovet Ordusunun döyüşçüləri, Dövlət Təhlükəsizlik Komitəsi, milis min gündür ki, bizi və Azərbaycan sərhədlərini qoruyub-mühafizə edirlər. Rus, qazax, belarus, tacik, ukraynalı anaların balaları qismətimizə düşmüş müsibətləri, qırğınları, iztirabları bizimlə birlikdə yaşayırlar. Biz onların hələ bərkiməmiş çiyinlərində daşıdıqları bu ağır yükün götürülməsi gününün gəlib çatmasını sürətləndirməliyik.
Böyük Abovyan 1906-cı ildə ermənilərlə azərbaycanlıları barışdırmaq üçün Hadrut rayonunun Tuğ kəndindən yürüşə başlamışdı. 1990-cı ildə veteran azərbaycanlılar da bu yolla getdilər. Gəlin, birlikdə bu barışıq cığırına çıxaq, qarşı-qarşıya gələk, ailələrimizin sakit yaşamaq hüququnu, uşaqlarımızın bəxtəvər sabaha çıxmaq hüququnu qaytaraq. Əminik ki, millətlərarası ədavətin, düşmənçiliyin və müharibənin bütün yaraları sağalar, torpağımız günahsız adamların qanı ilə yox, yenə də əkinçinin, taxılçının, üzümçünün alın təri ilə suvarılar. Ermənistandan olan müsafirlər nə deyirlərsə desinlər, biz daha əlimizə silah götürmək istəmirik. Əllərimiz torpaq üçün, dinc zəhmət üçün göynəyir.
Biz ürəkdən barışıq istəyirik, bu məktubu da elə ona görə yazırıq. Ailələrimiz, yaxın adamlarımız bu məktubdan xəbərdardırlar. Biz – müharibə, əmək, partiya veteranları, müxtəlif peşələrin sahibləri Dağlıq Qarabağın millətlərarası barışıq komitəsində birləşmişik.
Təsdiq edirik ki, Qarabağ ermənilərinin azı 70 faizi bu fikirdədir. Qalanları da dinc həyat həsrətindədirlər, amma bunu açıq deməkdən qorxurlar. Biz xalq içində yaşayırıq və onun ürəyindən keçənləri bilirik.
Adlarımızı hələlik çəkməməyi xahiş etdiyimizə görə bizi qınamayın. İmkan düşən kimi kimlər olduğumuzu deyəcəyik. Hələlik isə dinc Dağlıq Qarabağ yolunda birgə mübarizə aparmalıyıq".
KONKRET.az-ın ARAŞDIRMA QRUPU

Siyasi     Baxılıb: 136   Tarix: 30 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Asif Əli Zərdari İlham Əliyevi təbrik etdi

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Zati-aliləri, əziz Qardaşım. Ölkənizin milli bayramı - Müstəqillik Gün

ABŞ və müttəfiq donanmaları Fars körfəzində hərəkətə keçdi - BAŞLAYIR

Fars körfəzində gərginlik kulminasiya nöqtəsinə çatır. -ın OSINTdefender platformasına istinadən məlumatına görə, ABŞ və müttəfiq ölkələrin bütün hərbi gəmiləri Bəhreyndəki dəniz bazasını tərk edərək dənizə çıxıb. Bu, Vaşinqtonu

Azərbaycanla Maldiv arasında viza rejimi qismən ləğv edildi

Azərbaycan və Maldiv hökumətləri arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş" iyunun 18-dən qüvvəyə minir. xəbər verir ki, Saziş 2024-cü il noyabrı

Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşdü - FOTOLAR

İyunun 17-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca arasında görüş keçirilib. xəbər verir ki, qonağı salamlayan Baş prokuro

Azərbaycan və Serbiya ombudsmanları arasında Anlaşma Memorandumu İMZALANDI

Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə Serbiya Respublikasının Vətəndaşlarının Müdafiəçisi Zoran Paşaliç arasında Anlaşm

İsrail Yaxın Şərqin xəritəsini yenidən cızmağa çalışır

İsrail İran ərazisinə hücumları ilə bölgədə hərbi əməliyyatlar sahəsini genişləndirməyə və Yaxın Şərqin xəritəsini yenidən cızmağa çalışır. xəbər verir ki, bunu İraqın Baş naziri Məhəmməd Sudani deyib. Sudani İsrailin təcavüzün

Pezeşkiyandan SON DƏQİQƏ AÇIQLAMASI: ABŞ-la danışıqları

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiyan ABŞ-la aparılan danışıqlarla bağlı mühüm açıqlama verib. Onun sözlərinə görə, Tehran yalnız İsrailin hərbi hücumlarını dayandıracağı təqdirdə Vaşinqtonla dialoqu davam etdirməy

İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib. xəbər verir ki, söhbət zamanı Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafında

Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

İyunun 17-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarısta


yeni xeberler azerbaycan xeberleri son xeberler dunyada son xeberler bu gune olan xeberler en yeni xeberler sou biznes