Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
azxeber.com xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasında bildirib.
Onun sözlərinə görə, Estoniya şirkətləri Azərbaycan bazarında, xüsusilə də rəqəmsal xidmətlərin inkişafı sahəsində uğurla fəaliyyət göstərirlər. Ötən il Bakıya səfər etmiş 20-yə yaxın şirkət təmsilçisindən ibarət nümayəndə heyəti də işgüzar əlaqələrin genişləndirilməsinə olan marağı təsdiqləyib.
"Biz işgüzar əməkdaşlığın daha da inkişaf etdirilməsi və şirkətlərimizin Azərbaycan bazarına çıxışının asanlaşdırılması üzərində fəal şəkildə işləyirik", - XİN başçısı qeyd edib.
Komissiyanın iclasında tərəflər müntəzəm görüşlər, iş adamları arasında təmaslar və təcrübə mübadiləsi vasitəsilə ticarət və kənd təsərrüfatı əlaqələrini gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər.
Rəqəmsallaşma, innovasiyalar və texnologiyalar, o cümlədən süni intellektin tətbiqi sahəsində birgə təşəbbüslərə xüsusi diqqət yetirilib.
Energetika sahəsində əməkdaşlığı müzakirə edən tərəflər Estoniya şirkətlərinin və investorlarının Azərbaycanın yaşıl enerjiyə keçid layihələrində iştirakının genişləndirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
Bundan başqa, Estoniyanın Azərbaycanda rəqəmsal həllərin inkişafına töhfəsinin artırılması, müntəzəm ekspert mübadiləsi, eləcə də iqlim, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub