16 yaşlı oğlanı öldürüb Sədərəkdə basdırdı - TƏFƏRRÜAT

16 yaşlı oğlanı öldürüb Sədərəkdə basdırdı - TƏFƏRRÜATKeçən ilin sentyabrında Bakıda 16 yaşlı Hüseynağa Şeydabəyovu qətlə yetirən və meyitini xeyli müddət avtomobilində saxladıqdan sonra "Sədərək" ticarət mərkəzinin ərazisində basdıran 1968-ci il təvəllüdlü Babək Quliyevin məhkəməsi başa çatıb.
KONKRET.azQafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə B.Quliyev Cinayət Məcəlləsinin 120.2.9 və 145.2.3-cü (köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə və qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirlənidirilib.
Məhkəmə prosesində hadisənin təfərrüatı da məlum olub. Bildirilib ki, B.Quliyevin şəhərin mərkəzində və Bilgəh qəsəbəsində evləri olub. Onun ailə üzvləri, eləcə də 2007-ci il təvəllüdlü qızı vaxtaşırı Bilgəhdəki bağ evinə gedib orada qalırmış. Bu müddət ərzində B.Quliyev yeniyetmə qızının qonşuluqda yaşayan 2006-cı il təvəllüdlü Hüseynağa ilə münasibətinin yarandığını düşünüb. Hadisədən bir neçə gün əvvəl B.Quliyev oğlana zəng edərək xəbərdarlıq edib, həmçinin qızının telefonunu əlindən alıb. Bundan 10 gün sonra, yəni sentyabrın 6-da B.Quliyev gecə saatlarında Bilgəhdəki evinə gedib və həyətdə Hüseynağanı yaxalayıb. O, 16 yaşlı oğlanın əl-qolunu iplə, ağzını yapışqanlı lentlə bağlayaraq özünə məxsus "Toyota Prado" markalı avtomobilə qoyub və Albalılıq adlanan əraziyə aparıb. Burada B.Quliyev Hüseynağanı maşından endirərək ağızını açıb və onu sorğu-sual edib. Daha sonra o, 16 yaşlı oğlanı amansızlıqla döyüb və ölümünə tam əmin olmaq üçün sonda boğub.
Bundan sonra B.Quliyev qətlə yetirdiyi oğlanın meyitini maşına qoyub və yaşadığı evə gedib. O, avtomobildə meyit olması barədə heç kimə məlumat verməyib. Sentyabrın 7-də B.Quliyev işlədiyi "Sədərək" ticarət mərkəzinə gedib və günorta iş başa çatandan sonra Hüseynağanın meyitini oradakı çuxura atıb və traktorla üstünü torpaqla örtüb.
Hadisədən sonra H.Şeydabəyovun ailə üzvləri onun axtarışına çxııblar. Onlar B.Quliyevin evinə gəliblər. Lakin B.Quliyev və ailə üzvləri Hüseynağanı görmədiklərini deyiblər. Polisin itkin kimi axtardığı şəxsin naməlum şəraitdə yoxa çıxması şübhələri Babək Quliyev istiqamətində artırıb və o, törətdiyi əməli etiraf edib. Ötən ilin 10 sentyabr tarixində o, saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda B.Quliyevə 18 il həbs cəzası təyin edilib.
16 yaşlı oğlanın əl-qolunu iplə, ağzını yapışqanlı lentlə bağlayaraq özünə məxsus "Toyota Prado" markalı avtomobilə qoyub və Albalılıq adlanan əraziyə aparıb. Burada B.Quliyev Hüseynağanı maşından endirərək ağızını açıb və onu sorğu-sual edib. Daha sonra o, 16 yaşlı oğlanı amansızlıqla döyüb və ölümünə tam əmin olmaq üçün sonda boğub.

Hadisə       Tarix: 25 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri krimnal xeber son xeber 2026 son.xeberler