16 yaşlı Turanın qətli ilə bağlı yeni şok detallar: 'Sən söz eşitmirsən?' - VİDEO

16 yaşlı Turanın qətli ilə bağlı yeni şok detallar: 'Sən söz eşitmirsən?' - VİDEOBir neçə gün öncə Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında öldürülən 16 yaşlı Turan Rüstəmovun ailəsi hadisə barəsində danışıb.
azxeber.com Astar yutub kanalına istinadən xəbər verir ki, Turanın ailəsi onun idmana olan həvəsi ilə bağlı 3 ay imiş ki, Yevlaxda yaşadıqları kənddən Mingəçevir şəhərinə köçərək burada kirayə qalmağa başlayıb. 
Mərhumun müəllimi isə hadisə baş verən zaman idman zalında, Turanla birgə olub:
"Turan 2 görüşdə qalib gəlib, oturub istirahət edir, 3-cü görüşə hazırlaşırdı. O, mənim arxamda əyləşmişmişdi. Arxaya çevrilib dedim ki, "Turan, 5 görüş qalıb, 1-2 qarşılaşmadan sonra dur bədənini qızışdır, hazırlaş". O, da mənə "baş üstə, oldu müəllim" dedi. Mən yenə çevrilib hakimlər tərəfdə öz yerimi aldım. 2-3 dəqiqə keçərdi, ya keçməzdi eşitdim ki arxadan səs-key gəlir. Aralarında baş verən hadisənin ilk başda olduğun bilməim, içəridə səs çox idi deyə mən gec xəbər tutdum. Arxaya çevriləndə 2 nəfərin bir-birini tutduğunu gördüm. Qətlə yetirənin arxası mənim tərəfə dönük idi. Bilmədik ki, mübahisə elədiyi Turandır. Bunu arxaya çəkmək istəyəndə Turanı qanlı vəziyyətdə gördüm". 
Qətlə yetirilən idmançının qohumu isə ərazidə tibbi personalın olmamasından, yaxınlıqdakı insanların məsələyə müdaxilə etməməsindən şikayətlənib. Hadisə baş verən cüdo klubunun məşqçisi bildirib ki, orada həkim olub, ancaq bıçaq yarası çox olduğundan həkim müdaxilə edə bilməyib:
"Anında Turanı çölə çıxardıb xəstəxanaya çatdırmaq istədik, alınmadı. Kompleksdəki həkim, ürəyi gedən olanda naşatır spirti iylədir, sınığa-çıxığa müdaxilə edir. Yarışlarda belə hadisələr olmur deyə, peşəkar həkimlər də olmur. Ətrafda hamı elə bilir ki, Turana yumruq vurur. Bir də aralanandan sonra qanı görəndə bildik ki, sən demə bıçaqlayırmış".
Qətlə yetirilən idmançının atası deyir ki, Turanın ürəyindən 2, başından 3-4 və boynunun arxasından bıçaq zərbələri vurulub. Hətta meyiti yuyanda da qanaxması dayanmırmış. 
Daha ətraflı videoda:
 

Sosial       Tarix: 03 dekabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler cəbhədən şad xəbər valyuta mezennesi 2026 sosial yardim