166 Logistika akademiyası - Beynəlxalq arenada gənclərə uğurlu gələcək vəd edir

166 Logistika akademiyası - Beynəlxalq arenada gənclərə uğurlu gələcək vəd edirGənclərin iş təcrübəsi qazanıb, gələcəkdə özünəuyğun sahədə çalışması məqsədi ilə "166 Logistika Akademiyası - 2024"təcrübə proqramına start verib. 
azxeber.com xəbər verir ki, 2019-cu ildən etibarən "166 Yükdaşıma və Logistika" şirkəti tərəfindən davamlı olaraq keçirilən akademiya 100-lərlə gəncin gələcək karyerasına müsbət təkan verib.
"166 Logistika akademiyası" bu ildən etibarən  gənclərə həm ölkədə həm də ölkə xaricində uğurlu gələcək vəd edir.Azərbaycan Respublikası prezidenti və Çin Xalq Respublikası sədrinin bölgə üçün əhəmiyyətli olan mövzulardakı görüşlərindən sonra, iki ölkə arasında olan münasibətlərdə daha güclü və yeni mərhələyə start verilmişdir. Bu isə əlavə iş yerlərinin açılmasına və gənc əməkdaşlara müxtəlif sahələrdə iş fürsəti tanıyır. Bu gün regionda öndə gedən "166 Yükdaşıma və Logistika" şirkəti də bu fürsətdən maksimum yararlanaraq,  Çinin Şanxay, Quanco, Yivu, Sian, Pekin , Çendu, Şencen, Urumçi və digər şəhərlərində gənclərə əməkdaşlıq təklif edir. Burada əsas şərt beynəlxalq münasibətlər sahəsində ilkin biliklərə və  ingilis,rus, çin dillərində sərbəst danışıq qabiliyyətinə malik olmaqdır. 166 Logistika akademiyası qapılarını təkcə Çində deyil, Polşa, Ruminiya, Dubay, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan üzrə də hər kəsə açıq elan edir.
Qeyd edək ki, bu proqramda dördüncü kurs tələbələləri, magistr dərəcəsi üzrə təhsil alan tələbələr və ya yeni məzun olan namizədlər müraciət edə bilərlər. Qəbul olan gənclər real iş mühitində həm logistika sahəsində, həm də digər sahələrdə təcrübə qazanmaq şansını əldə edəcəklər.
"166 Logistika Akademiyası - 2024" təcrübə proqramı şirkətin aşağıda göstərilmiş sahələri üzrə keçiriləcək:
- İnsan resursları
- Nəqliyyatın intellektual idarəolunması
- Data analitikası
- Hüquq
- Maliyyə və mühasibatlıq
- Korporativ əməliyyatlar
- Logistik əməliyyatlar
- Çağrı mərkəzi
- Korporativ satış
- Təchizat 
- İnformasiya texnologiyaları
- Müştəri məmnuniyyəti
- Beynəlxalq münasibətlər və xarici satınalmalar 
- Beynəlxalq daşımalar üzrə əməliyyatlar 
- Web development (php laravel)
- Anbar əməliyyatçısı 
- Araşdırma  və inkişaf şöbəsi
3 ay davam edəcək akademiyaya qəbul prosesi üç mərhələdən – elektron müraciətin doldurulması, test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Müraciət üçün namizədlər 166HR.az portalına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, təcrübə proqramı çərçivəsində iştirakçılara şirkət tərəfindən əmək haqqı ödənilməsi nəzərdə tutulur.
2019-cu ildən etibarən keçirilən "166 Logistika Akademiyası" təcrübə proqramına ümumilikdə 10000-dən artıq müraciət qeydə alınıb. Bu gün Akademiyanı bitirən şəxslərin əksəriyyəti hal-hazırda "166 Yükdaşıma və Logistika" şirkətində müxtəlif departamentlərdə şöbə rəhbəri və digər vəzifələrdə çalışırlar.  
 
Qeydiyyat üçün tarix: 
03.07.2024-31.07.2024
166 Logistika akademiyası - Beynəlxalq arenada gənclərə uğurlu gələcək vəd edir166 Logistika akademiyası - Beynəlxalq arenada gənclərə uğurlu gələcək vəd edir

İqtisadiyyat       Tarix: 11 iyul 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun cəbhədən xəbər valyuta mezenesi ən son xəbər