"166 Yükdaşıma və Logistika" şirkəti beynəlxalq sertifikatlara sahib olub - FOTO

"166 Yükdaşıma və Logistika" şirkəti beynəlxalq sertifikatlara sahib olub - FOTO"166 Yükdaşıma və Logistika" şirkəti beynəlxalq sertifikatlara sahib olub - FOTO
"166 Yükdaşıma və Logistika" şirkəti İdarəetmədə beynəlxalq standartları tətbiq etməklə üç istiqamət üzrə ISO uyğunluq sertifikatlarını əldə edib.
"Intertek" sertifikasiya orqanı tərəfindən keçirilmiş sertifikatlaşdırma auditinin nəticələrinə əsasən, şirkətə ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi, ISO 45001:2018 - Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi və ISO 14001:2015 - Ətraf Mühitin İdarəetmə sistemi üzrə beynəlxalq sertifikatlar təqdim edilib.
"166 Yükdaşıma və Logistika şirkəti 3 beynəlxalq uyğunluq sertifikatını eyni zamanda əldə edən azsaylı yerli şirkətlərdən biridir. Beynəlxalq standartları tətbiq etməklə, şirkətimizdə bir sıra sahələrdə mühüm dəyişikliklər baş verdi. İşimizdə müştəri yönümlülük ön plana çəkilərək prosedurlar və təhlükəsizlik tədbirləri təkmilləşdirildi. Standartlara dair yeniliklərin tətbiqinə nəzarət üçün İnteqrə olunmuş İdarəetmə Sistemləri qrupu yaradıldı" - deyə sertifikatların təqdimatında şirkətin baş direktoru Aqil Zeynalov vurğulayıb .
"Çətin zamanlara baxmayaraq, biz daxili bazarda müsbət tendensiyanı müşahidə edirik. Yerli şirkətlər keyfiyyətin və idarəetmə metodlarının təkmilləşdirilməsinə daha çox önəm verir və beynəlxalq tələblərə cavab vermək üçün çalışırlar. Yüksək xidmət mədəniyyəti ölkənin inkişafına müsbət təsir edir, habelə şirkətlər daha çox müştəri məmnuniyyətini artırmağa səy göstərirlər. Beynəlxalq standartların tətbiqi, uyğunluq sertifikatlarının əldə olunması, keyfiyyətin idarə olunması və s. ölkədəki biznes mühitinin inkişafından və bu sistemlərin biznesin inkişafı üçün nə qədər vacib olmasından xəbər verir", - deyə Intertek sertifikatlaşdırma departamentinin rəhbəri  Cavidan Məlikova bildirib.
Qeyd edək ki, "166 Yükdaşıma və Logistika" şirkəti beynəlxalq standartların tətbiqinə 2019-cu ildə başlayıb. Bu standartların tətbiqi ilə kadrların peşəkarlığı, göstərilən xidmətlərin rəqabətliliyin artırılması, təhlükəsiz əmək şəraitinin təmini, eləcə də ətraf mühitə mənfi təsirlərin azaldılması kimi meyarlara uyğunlaşdırılıb.
"166 Yükdaşıma və Logistika" şirkəti beynəlxalq sertifikatlara sahib olub - FOTO

Sosial       Tarix: 22 dekabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun 2026 enson xeberler son xeberler az cəbhədən xəbər