Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - DiqqətSosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmin şəxslər bloklanır və onlarla əlaqə kəsilir.
Bu cür saxta fal səhifələri vasitəsilə insanların aldadılmasının qarşısını almaq üçün nələrə diqqət edilməlidir və belə hallarla üzləşən şəxslər hüquqi hansı addımları atmalıdır?
Vəkil Vüsalə Muradxanlı Demokrat.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə müxtəlif adlar altında fəaliyyət göstərən "fal", "enerji təmizlənməsi", "münasibətlərin bərpası", "gələcəyin müəyyən edilməsi" və digər oxşar xidmətlər təklif edən səhifələrə rast gəlirik:
"Problem isə o zaman hüquqi müstəviyə keçir ki, belə səhifələr müəyyən xidmət göstərəcəklərini vəd edərək şəxsdən pul alır, ödəniş həyata keçirildikdən sonra isə onu bloklayır və əlaqəni tamamilə kəsirlər.
Belə hallarda "mən özüm könüllü şəkildə pul köçürmüşəm" düşüncəsi insanları hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkindirməməlidir. Çünki pulun könüllü şəkildə köçürülməsi öz-özlüyündə dələduzluq ehtimalını aradan qaldırmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluq hesab olunur. Burada əsas məsələ həmin şəxsin pulu aldığı anda real olaraq vəd etdiyi xidməti göstərmək niyyətinin olub-olmamasıdır. Əgər sosial şəbəkə hesabı əvvəlcədən insanları aldatmaq, onlardan müxtəlif bəhanələrlə pul almaq və bundan sonra əlaqəni kəsmək məqsədilə yaradılıbsa, belə hərəkətlərdə dələduzluq əlamətləri araşdırıla bilər. Məsələn, eyni səhifənin çoxsaylı şəxslərdən pul alması, hər dəfə eyni sxemdən istifadə etməsi, ödənişdən dərhal sonra şəxsləri bloklaması, saxta ad və fotoşəkillərdən istifadə etməsi, davamlı olaraq fərqli kart hesabları təqdim etməsi kimi hallar hüquqi qiymətləndirmə zamanı əhəmiyyət kəsb edə bilər. Ən böyük səhvlərdən biri belə səhifə tərəfindən bloklandıqdan sonra yazışmaları silməkdir. Əksinə, mümkün qədər çox elektron sübut qorunmalıdır. Səhifənin adı və istifadəçi adı, profilin linki, elan və paylaşımlar, xidmətlə bağlı verilmiş vədlər, bütün mesajlaşmalar, səsli mesajlar, telefon nömrələri, təqdim edilmiş bank kartının nömrəsi və kart sahibinin adı, ödəniş qəbzi, köçürmənin tarixi və məbləği, habelə bloklanma faktını göstərən məlumatlar saxlanılmalıdır.
Səhifə sonradan silinə və ya adı dəyişdirilə bildiyi üçün ekran görüntülərini mümkün qədər tez götürmək məqsədəuyğundur. Bundan sonra şəxs banka müraciət edərək əməliyyat barədə məlumat verməlidir. Əgər kart məlumatları, CVV/CVC kodu, birdəfəlik SMS kodu və ya mobil bankçılıq məlumatları qarşı tərəfə təqdim edilibsə, təhlükəsizlik tədbirlərinin görülməsi üçün bankla dərhal əlaqə saxlanılması xüsusilə vacibdir.
Eyni zamanda hüquq-mühafizə orqanlarına müraciət edilməli və toplanmış materiallar təqdim olunmalıdır. Müraciətdə sadəcə "məni aldatdılar" deməklə kifayətlənməmək, hadisənin ardıcıllığını konkret göstərmək daha məqsədəuyğundur: səhifəni harada gördünüz, sizə nə vəd edildi, hansı məbləği hansı karta köçürdünüz, ödənişdən sonra nə baş verdi və əlaqə hansı mərhələdə kəsildi".
Vəkil əlavə edib ki, məbləğin az olması da müraciət etməmək üçün səbəb deyil:
"Ayrı-ayrı şəxslərdən nisbətən kiçik məbləğlərin eyni üsulla alınması halları birlikdə araşdırıldıqda sistemli fəaliyyətin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli ola bilər. Vətəndaşlar sosial şəbəkə üzərindən tanımadıqları şəxslərə ödəniş etməzdən əvvəl hesabın nə vaxt yaradıldığına, əvvəlki paylaşımlarına, şərhlərin real olub-olmamasına, xidmət göstərən şəxsin özünü identifikasiya edib-etməməsinə və ödəniş üçün təqdim olunan kartın kimə məxsus olmasına diqqət yetirməlidirlər. Xüsusilə "indi ödəməsəniz gec olacaq", "sizin üzərinizdə təhlükə görürəm", "təcili əlavə pul göndərməlisiniz" kimi ifadələrlə insanda qorxu və təlaş yaradılaraq ardıcıl ödəniş tələb olunması ciddi xəbərdarlıq siqnalı kimi qəbul edilməlidir. Bəzən ilkin olaraq kiçik məbləğ tələb olunur, daha sonra isə "əlavə ritual", "problemin daha ciddi olduğu", "prosesi yarımçıq saxlamağın təhlükəli olduğu" kimi bəhanələrlə yeni ödənişlər istənilir. Belə psixoloji təsir vasitələri insanın rasional qərar verməsinə mane ola bilər.
Həmçinin heç bir halda bank kartının CVV/CVC kodu, PIN-i, SMS vasitəsilə göndərilən birdəfəlik təsdiq kodu və mobil bankçılığa giriş məlumatları qarşı tərəfə verilməməlidir.
"Falın düz çıxmaması" ilə dələduzluğu fərqləndirmək lazımdır Hüquqi baxımdan burada mühüm bir fərq var. Şəxsin aldığı xidmətin nəticəsindən narazı qalması ilə əvvəlcədən aldatma niyyəti ilə pulunun ələ keçirilməsi eyni hüquqi vəziyyət deyil.
Sadəcə kimsənin proqnozunun, falının və ya vəd etdiyi nəticənin reallaşmaması avtomatik olaraq Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluğun mövcudluğunu göstərmir. Dələduzluqdan danışmaq üçün konkret faktlar və şəxsin pul vəsaitini aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə yönəlmiş niyyəti araşdırılmalıdır. Buna görə hər bir hadisəyə ayrıca hüquqi qiymət verilməlidir. Ancaq səhifənin ümumiyyətlə xidmət göstərməməsi, ödənişi alan kimi müştərini bloklaması, saxta şəxsiyyət və məlumatlardan istifadə etməsi və eyni sxemin müxtəlif şəxslərə qarşı təkrarlanması artıq məsələyə başqa hüquqi müstəvidən baxılmasını tələb edə bilər.
İnternetdə qarşımızdakı şəxsin kimliyini bilmədiyimiz halda yalnız sosial şəbəkə profilinin yaratdığı görüntüyə əsaslanaraq pul köçürmək ciddi risk daşıyır. Əgər artıq belə bir hadisə baş veribsə, utanmaq və ya ödənilən məbləğin az olduğunu düşünərək susmaq düzgün yanaşma deyil. Yazışmaları və ödəniş sənədlərini silmədən saxlayın, bankla əlaqə yaradın və hüquq-mühafizə orqanlarına müraciət edin.
Çünki bir şəxsin müraciət etmədiyi "kiçik məbləğli" hadisə başqa onlarla şəxsin də eyni üsulla aldadıldığı daha geniş dələduzluq sxeminin bir hissəsi ola bilər". / azxeber.com

Sosial       Tarix: 11 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə en son xeberler bu gun valyuta mezenesi ən son xeberler