"17 il onların mübarizəsini görmüşəm" - Polad Həşimovun xanımı
Xəbər verdiyimiz kimi, bu gün Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Laçın şəhərində "Bayraq yürüşü" keçirir.
KONKRET.az xəbər verir ki, 2 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib.
O, mərasimdə iştirak edən şəhidlərimizin ailə üzvlərinə, qazilərə dərin hörmət və ehtiramını çatdırıb: "Bakıdan Laçına gələrkən, bu torpaqlara diqqət yetirərkən kədərlənirdim ki, düşmənlər torpaqlarımızı darmadağın ediblər. Lakin buradakı quruculuq işlərini görəndə qürur hissi keçirirəm. 30 ildir bizim arzumuz var idi ki, bu bayraq bütün Qarabağda dalğalansın. Bu gün bütün Qarabağda, o cümlədən Xanləndidə, Laçında üçrəngli bayrağımız dalğalanır. Bu bayraqların dalğalanması heç də asan olmayıb. Ordumuz 44 günlük müharibədə qələbə qazanıb. Gələcək nəsillər bu bayrağı qorumalıdır. Şəhidlərimizin ruhu qarşısında baş əyməliyik. Çalışmalıyıq ki, bundan sonra ölkəmizdə yalnız sülh olsun".
Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov da qarşıdan gələn Zəfər Günü ilə bağlı hər kəsi təbrik edib: "Bir ildən artıqdır ki, biz Laçında yeni keyfiyyətli binalarda yaşayırıq. Laçında məktəb açılıb, müəssisələr fəaliyyətə başlayıb. İlk dəfə Laçında "Bayraq yürüşü" keçirilir. Biz bu günü uzun müddət gözləyirdik. Bu, o deməkdir ki, Laçın yaşayır, inkişaf edir".
Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova bu yürüşün Laçında keçirilməsinin rəmzi məna daşıdığını vurğulayıb: "Mən də hərbçi həyat yoldaşı kimi 17 il onların mübarizəsini görmüşəm. Biz arxayınıq ki, siz bizi qoruyursunuz. Mən sizin məşəqqətli həyatınıza şahidəm. Bayraq Gününün Laçında keçirilməsi böyük bir hadisədir. Bizim Qarabağda şəhid, qazi olanların çoxu məktəbi bitirənlər idi. Bəlkə də müəllimlər bəzilərindən narazı idi ki, qiymətləri aşağıdır. Əziz müəllimlər, onların içinə ilmə-ilmə vətən sevgisi qoya bilmisiniz".
Daha sonra məktəbdən 200-dən çox insanın iştirak etdiyi yürüş başlayıb. İştirakçılar Laçındakı Seyrəngaha doğru addımlayıblar.Qafqazinfo

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ