"1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq"- Gerçək tarixin müzakirəsi

"1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq"- Gerçək tarixin müzakirəsi "1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq"- Gerçək tarixin müzakirəsi
Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi "1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" mövzusunda videokonfrans keçirərək, gerçək tarixi faktları müzakirə ediblər.
Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.
Konfransda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Abdullah Eren, Azərbaycan və Türkiyə alimləri və 30-a yaxın ölkədən 100-dən çox fəal diaspor gənci iştirak edib. 
Tədbir hər iki ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri 44 günlük Vətən muharibəsində Azərbaycanın yanında olan, ölkəmizə böyük mənəvi dəstək göstərən Türkiyə dövlətinə və xalqına təşəkkürünü bildirib, iki qardaş xalqın diasporları arasında əməkdaşlığın  gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, 2018-ci ildə "Diasporla iş sahəsində əməkdaşlığa dair anlaşma Memorandum"u imzalayan Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi eyni coğrafiyanı bölüşən, eyni mədəniyyəti və tarixi olan, eyni dildə danışan xalqlarımızın diasporlarının da birgə platformalar və layihələr əsasında daha çox bir araya gəlməsi istiqamətində mühüm addımlar atır. Xocalı soyqırımının 29-cu ildönümündə təşkil edilən konfrans da bu qəbildəndir. Əsrlər boyu Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddiaları, uydurma ittihamlar irəli sürən, uzun illər ərzində xalqımıza qarşı işğalçı, təcavüzkar və etnik təmizləmə siyasəti həyata keçirən, 29 il öncə Xocalı soyqırımını törədən erməni milliyyətçiliyinə qarşı mübarizədə dövlətlərimiz və xalqlarımız daim ön sıralarda və bir-birinin yanındadır.
1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını erməni milliyyətçilərinin Azərbaycan və Türkiyə türklərinə qarşı təcavüzkar siyasətinin bariz nümunəsi kimi dəyərləndirən Abdullah Eren gənclərimizin bu məkrli planlardan məlumatlı olmasının önəmini vurğulayıb. Bu mənada belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını, Azərbaycan və Türkiyə diaspor gənclərinin ümumi düşmənə qarşı birlikdə mübarizə aparacağına əminliyini ifadə edib.
Sonra Mustafa Palabıyıkın "1915-ci il hadisələrini anlamaq" və tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun "1992-ci il Xocalı soyqırımını anlamaq" mövzularında məruzələri dinlənilib. Tarixçi alimlər 1915-ci il hadisələrinə və Xocalı soyqırımına aparan tarixi-siyasi proseslərə diqqəti cəlb ediblər. Bildirilib ki, müasir tariximizdə Xocalı kimi dəhşətli soyqırımı törədən ermənilərin 1915-ci illə bağlı uydurma iddiasına beynəlxalq hüquq çərçivəsində yanaşılması daha məqsədəuyğundur. 
İki qurum arasında qarşılıqlı, faydalı əməkdaşlığa toxunan Abdullah Eren xüsusilə 44 günlük Vətən müharibəsində Türkiyənin qardaş Azərbaycana bütün səviyyələrdə mənəvi dəstək verdiyini, o cümlədən də Azərbaycan və Türkiyə diasporlarının birgə əməkdaşlığını vurğulayıb.
Dövlət Komitəsinin sədri hələ də hüquqi qiymət verilməyən Xocalı soyqırımı ilə bağlı dünyanın 50-dən çox ölkəsində müxtəlif məlumatlandırma kampaniyasının aparıldığını, yerli parlamentlərə müraciətlər, sosial şəbəkələrdə aksiyalar həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. O, bu kampaniyalarda aktiv iştirakına görə diaspor gənclərinə təşəkkür edib və onları bu istiqamətdə daha fəal olmağa çağırıb.
Görüş Azərbaycan və Türkiyə diaspor gənclərinin suallarının cavablandırılması ilə yekunlaşıb. /oxu.az

Siyasi       Tarix: 25 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun hava durumu dunya xeberleri cəbhədən son durum