1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayır

1918-ci ildə təməli qoyulan dövlətçiliyimiz bu gün inkişaf və tərəqqi dövrünü yaşayırZəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının tarixində 28 may xüsusi önəm kəsb edir. 1918-ci ilin bu günündə yüz ildən artıq müddətdə rus imperiyasının irticaçı siyasətinin qurbanı olan, bütün hüquqlarından məhrum edilərək "velikorus" ideologiyasının girovuna çevrilən bir xalq ayağa qalxıb məhv edilmiş dövlətçilik ənənələrinə söykənərək Şərqin ilk demokratik cümhuriyyətinin əsasını qoydu. Bu o xalq idi ki, rus imperializmi  illərlə onu ən geridə qalmış xalq, mədəniyyətdən, sivilizasiyadan uzaq düşmüş kütlə kimi qələmə verirdi. Amma bütün təzyiqlərə, hədələrə baxmayaraq 28 may tarixində Şərqdə-Azərbaycanda bir ay-ulduz parladı-azadlığın və demokratiyanın ilk qığılcımı !
Tarixi hadisələri analiz etsək belə qənaətə gəlmək olar ki, əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar-avtonom vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi. Bütün bunlar AXC-nin tariximizdə nə qədər böyük rol oynadığını bir daha sübut edir. 
1918-ci ilin martında bütün Azərbaycan boyda bir soyqırım törədilmişdi. Bakıdan İrəvana , Şuşadan Qubaya qədər 50 mindən çox azərbaycanlının günahsız qanı axıdılmışdı. Məhz belə bir məqamda-dünyanın siyasi xəritəsinin yenidən çəkildiyi məqamda böyük bir tarixi yükü, missiyanı çiyinlərinə götürən istiqlal savaşçıları Tiflisdə Azərbaycan tarixinin ən böyük, şərəfli bir sənədinə imza atdılar. Zaman 1918-ci il, tarix 28 may idi...
Bütün dünyaya müsəlman Şərqinin ilk azad, demokratik respublikasının yarandığını duyuran "İstiqlal Bəyannaməsi" elan edildi.Çox çətin iqtisadi-siyasi şərtlər altında cəmi 23 ay mövcud olmuş AXC tariximizdə silinməz izlər qoymuş, müstəqil dövlətçiliyimizin atributlarını formalaşdırmışdır. 23 ay tarix baxımından çox qısa zaman olsa da qurucu babalarımız həmin müddət ərzində bütün dünyaya örnək olacaq bir demokratik dövlət strukturu formalaşdırmağı bacardılar. 
Daşnak-bolşevik işğalı altında olan Bakının azad olunması üçün qəti adımlar atıldı, iyunun 26-da Milli ordunun yaradılması barədə fərman verildi. Nəticədə Qafqaz İslam ordusu və Azərbaycan silahlı qüvvələri sentyabrın 15-də həlledici hücumla Bakını düşmən tapdağından azad etdi.
Qısa müddət ərzində çoxpartiyalı, bütün millətlərin nümayəndələrinin təmsil olunduğu parlament seçkiləri və 1918-ci il dekabrın 7-də demokratik parlamentin ilk iclası keçirildi. Fəaliyyət göstərdiyi müddət ərzində 230-dan çox qanun qəbul edən parlament dövlətçiliyimizin qorunması istiqamətində mühüm rol oynadı. 
Mövcud olduğu 23 ay ərzində AXC dövlətçilik tariximizdə mühüm əhəmiyyət kəsb edən addımlar atdı. 
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin vətəndaşlarda milli özünüdərki və istiqlal duyğularını gücləndirməyə xidmət edən mühüm addımlarından biri də 1918-ci il iyunun 27-də "Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında" qərarın qəbulu olmuşdur. Həmçinin milli bayrağımızın, gerbimizin, dövlət himninin qəbul olunması dövlətçilik atributlarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar hesab olunur. 
BDU-nun yaradılması, təhsil sahəsində aparılan inqilabi islahatlar,  erməni işğalçılarına qarşı  qalibiyyətli mübarizə, sosial-iqtisadi tədbirlər, dünya birliyi ilə-xüsusilə qonşu dövlətlərlə formalaşdırılan diplomatik münasibətlər AXC-nin qısa müddət ərzində nail olduğu böyük uğurlardır. Dünyanın zəngin demokratik ənənələrə malik olan dövlətlərinin on illərlə qət etdiyi yolu AXC cəmisi 23 aya keçməyə müvəffəq oldu. Özünü demokratiyanın beşiyi hesab edən ölkələrdə milli, cinsi ayrıseçkiliyin hökm sürdüyü bir zamanda AXC qadınlara seçki hüququ verərək nə qədər demokratik dəyərlərə sadiq olduğunu bir daha dünyaya sübut etdi.
Amma Ümummilli Lider Heydər Əliyevin təbirincə desək "Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi." Təsadüfi deyil ki, yaranmış gərgin beynəlxalq siyasi şəraitdə AXC öz müstəqilliyini uzun müddət qoruyub saxlaya bilmədi və 1920-ci ilin aprelində Rusiyasının növbəti işğalına məruz qaldı. Amma Sovet rejiminin amansız işğal rejiminə, milli kimliyimizi məhvetmə siyasətinə baxmayaraq Azərbaycan xalqı tarixin bu sınağından da alnı açıq çıxmağı bacardı.
Tam əminliklə demək olar ki, bu günkü müstəqil Azərbaycanın təməlləri hələ ötən əsrin 70-ci illərindən - Heydər Əliyevin ölkəmizə rəhbərliyə başlamasından sonra atılıb. AXC-nin dövlət quruculuğu sahəsində atdığı addımları H.Əliyevin 70-ci illərdə qəbul etdiyi qərarlarla müqayisə etsək dediklərimizə şübhə qalmaz. Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması, hüquqi islahatların aparılması, milli ordu formalaşdırılması, iqtisadiyyatın gücləndirilməsi və s. Məhz Ulu Öndərin zamanında atdığı müdrik addımlar sonradan Azərbaycanın müstəqillik yolunda əhəmiyyətli rol oynadı. 
Tarix Heydər Əliyevə həm də müstəqil Azərbaycanın xilaskarlıq missiyasını bəxş etmişdi. Əgər 90-cı illərdə Heydər Əliyev dühası və siyasi müdrikliyi olmasaydı Azərbaycan qazandığı müstəqilliyi daha qısa müddətdə itirəcəkdi. Ümummilli liderin fövqəladə istedadı və dövlətçilik bacarığı dünyanın siyasi xəritəsində seçilməyən, parçalanaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qalan kiçik bir ölkəni strateji bir tərəfdaşa, regionun söz sahibinə, etibarlı bir dövlətə çevirdi. Ulu Öndər bütün dünyaya Azərbaycan həqiqətini çatdırdı, sübut etdi, inandırdı...
Ümummilli lider Heydər Əliyev torpaqları işğal olunan, ruhu sındırılan bir ölkəyə rəhbər gəlmişdi. Amma öz xalqına güclü iqtisadi təməlləri olan, dünyanın tanıdığı, etibar etdiyi və ən əsası qalibiyyət eşqi ilə yaşayan bir Azərbaycan miras qoydu. Onun xalqına özü qədər inandığını söylədiyi İlham Əliyev böyük liderin, dövlət adamının bütün əməllərini uğurla davam etdirir.
Bu gün Azərbaycan dünyada söz sahibi olan, beynəlxalq layihələrdə aparıcı rol oynayan, qalib bir ölkədir. İllərlə torpaqları pay-püşk olunan, məğlubiyyət sindromundan qurtara bilməyən Azərbaycanımız qalib dövlət kimi dünyada tanınır. Bayrağımız Şuşada düşmənə göz dağı kimi dalğalanır. 
Artıq 1918-ci ildə müstəqil dövlətimizi yaradan babalarımızın da ruhu şaddır. Onların bizlərə miras qoyduğu Azərbaycan düşündüklərindən də güclü və qüdrətlidir. 1918-ci ildə təməlləri atılan dövlətçiliyimiz bu  gün inkişaf və tərəqqi dövrünü yaşayır.  
Əlvan Həsənova 
Abşeron rayon Qobustan kənd tam orta məktəbin direktoru / azxeber.com

Siyasi       Tarix: 25 may 2023
f Paylaş

Oxşar xəbərlər

Abramyan: Bakı çox böyük oyuna başlayıb

ABŞ Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsi səylərində ardıcıldır. teleqraf-a istinadla xəbər verir ki, bunu erməni siyasi analitik Qor Abramyan ABŞ dövlət katibi Marko Rubio ilə Azərbaycan xarici işlə

Əlimiz tətikdədir, ABŞ-ı peşman edəcəyik - Əzizi

İranın Silahlı Qüvvələri ABŞ və İsraillə mümkün yeni qarşıdurma mərhələsinə tam hazırdır. KONKRET. -a istinadən verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi özünü

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətləraras

Ceyhun Bayramov Rubio ilə danışdı

Oktyabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-nin Dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən -a bildirilib ki, telefon danışığ

TRIPP layihəsi ilə bağlı mühüm tarix: Dəmir yolu xəttinin çəkilişinə nə vaxt başlanacaq?

Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası regionda iqtisadi əməkdaşlığın genişlənməsi və yeni tranzit imkanlarının yaranması baxımından mühüm əhəmiyyət daşıyır. TRIPP layihəsi çərçivəsində iki ölk

İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Əhməd Yusifovu təbrik edib. xəbər verir ki, dövlət başçısı idmançı ilə görüşü zamanı onun qələbəsinin Azərbaycan xalqını sevindirdiyini bildirib. "Bütü

Prezidentin təltif etdiyi Jalə Əliyevanın DOSYESİ

Prezident İlham Əliyev Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. xəbər verir ki, Jalə Fazil qızı Əliyeva 1966-cı il oktyabrın 5-də Bakı şəhərind

Bu gün Azərbaycanın siyasi tarixini dəyişən gündür – Heydər Əliyev faktoru... 

Bu gün Azərbaycan siyasi tarixinin ən mühüm tarixlərindən biridir. 33 il əvvəl, 3 oktyabr 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarix təkcə növbəti prezident seçkisinin keçirildiyi gü

"Hərənin arxasında, böyük bir dayı var

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrlər


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta xeberler bu qun ən son xəbərlər bugün oxu.az xeberler