Mirzoyan: Ermənistan və Azərbaycan xalqları dinc şəraitdə yaşamaqdan zövq alırlar
Ermənistan Azərbaycanla sülhün institutlaşdırılması üçün səylərini davam etdirəcək.
Bu barədə Brüsseldə keçirilən mətbuat konfransında "Report"un Avropa bürosunun sualına cavab verən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Əlbəttə ki, biz sülh prosesinin daha da institutlaşdırılması üçün səylərimizi davam etdirəcəyik. Mən sülh sazişinin imzalanması və ratifikasiyasını nəzərdə tuturam", - o bildirib.
Ermənistan XİN başçısı əlavə edib ki, İrəvan "sülh sazişinin imzalanma yeri və tarixinin müəyyənləşdirilməsi üzrə məsləhətləşmələrə dərhal başlamağa" hazır olduğunu artıq bildirib.
Onun sözlərinə görə, hələ ki tərəflər arasında bu proses (sülh müqaviləsinin imzalanma müddəti - red.) barədə ümumi baxış yoxdur, bu hadisənin müxtəlif şərhləri mövcuddur.
A.Mirzoyan vurğulayıb ki, Ermənistan və Azərbaycan artıq sülh qurub və iki ölkənin xalqları dinc şəraitdə yaşamaqdan zövq alırlar.
"Hər iki ölkə daim qurulmuş sülhü təsdiqləyən və möhkəmləndirən tədbirlər görür. Azərbaycan Prezidentinin Ermənistan mallarının Azərbaycan ərazisindən tranzitinə qoyulmuş qadağanı ləğv etməsi qərarını, həmçinin Ermənistan Baş nazirinin Azərbaycan mallarının Türkiyəyə və ya Türkiyə mallarının Azərbaycana Ermənistan ərazisindən tranzitinə dəstək verməyə hazır olduğunu təsdiqləyən bəyanatını qeyd etmək olar", - A.Mirzoyan bildirib.
O, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin son qarşılıqlı səfərlərini və müzakirələrini, iki ölkənin baş nazirlərinin müavinləri səviyyəsində müvafiq sərhəd komissiyalarının görüşünü qeyd edib: "Beləliklə, eyni zamanda çox şey baş verir. Lakin sülh sazişi üzrə hələ atılacaq addımlar var".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib