1991-ci ildə Rusiyanın atdığı hansı addımdan 30 il sonra ABŞ kobud şəkildə imtina edib – İLGİNC DETALLAR

1991-ci ildə Rusiyanın atdığı hansı addımdan 30 il sonra ABŞ kobud şəkildə imtina edib – İLGİNC DETALLARBeynəlxalq təşkilatlar uzun müddət dünya düzəninin tərkib hissəsi kimi çıxış ediblər. Onlardan bir çoxu dünyada formalaşan yeni qaydalar fonunda artıq öz missiyalarını və fəaliyyətlərini başa vurublar. Söhbət  Vyana beynəlxalq münasibətlər sisteminin, Versal-Vaşinqton birliyinin və nəhayət Yaltanın dağılmasından gedir.
KONKRET.az xəbər verir ki, keçən əsrdə dörd sistem öz fəaliyyətini başa vurmaq məcburiyyətində qalıb. Belə ki, Vyana Birinci Dünya Müharibəsinin (Böyük Müharibə) başlanğıcında yıxıldı, Versal-Vaşinqton İkinci Dünya Müharibəsi ilə təmizləndi. Nəhayət, Soyuq Müharibə başa çatdıqdan sonra Yalta sistemi SSRİ ilə birlikdə çökdü. İndi növbə ABŞ-ın və onun qaydalarına əsaslanan dünyanındır.
Bu gün  "yeni dünya düzəni" və "dünya düzəninin dağılması" ifadələri praktiki olaraq apokalipsis sözü ilə sinonimdir. Lakin bunu birmənalı şəkildə belə qəbul etmək doğru olmaz. Təkcə 20-ci əsrdə bəşəriyyətin nizamı dörd dəfə dəyişib, ancaq yenə də insanlar yaşayır. Təəssüf ki, dünya nizamının dəyişməsi adətən böyük hərbi münaqişələrlə müşayiət olunur. İki dünya müharibəsini buna misal göstərmək mümkündür. Lakin SSRİ-nin dağılması və Yalta sisteminin sonu göstərdi ki, transformasiya böyük müharibələr olmadan da mümkündür. Amma burada güc mərkəzlərindən birinin qısa müddət də olsa səhnəni tərk etməsi vacib faktordur. Ona görə də, 1991-ci ildə Rusiya belə bir geri çəkilmə həyata keçirdi. 30 ildən sonra isə ABŞ-a eyni şərəfli geri çəkilmə marşrutu təklif olunsa də, Amerika bundan kobud şəkildə imtina etdi.
Beynəlxalq siyasətçilər hesab edirlər ki, Putinin ilk təklifi həmişə ən yaxşıdır və indi Rusiyanın Qərbdəki tərəfdaşları bunu öz gözləri ilə görürlər. Bunu xüsusilə Balidə keçirilən G20 sammiti aydın şəkildə büruzə verdi. Qərb öz davranışı ilə bütün beynəlxalq oyunçuları yormağı bacararaq, diplomatik təcrid vəziyyətində qaldı. Qeyd edək ki, beynəlxalq münasibətlərin bir neçə sistemi mövcud olub. Məsələn Vestfaliya sistemi 1648-ci ildə yaradılıb və Napoleonun süqutuna qədər 166 il mövcud olub. Vyana sistemi 1814-cü ildə yaradılıb və Birinci Dünya Müharibəsinin sonuna qədər 108 il mövcud olub. 1919-1922-ci illər müqaviləsi əsasında tərtib edilən Versal-Vaşinqton sistemi isə cəmi 17 il hökm sürüb.  Yalta sistemi isə 1943-45-ci ildən 1991-ci ilə qədər, yəni təxminən 45-47 il ayaqda durmağı bacarıb.
Bu dəyişkənliklərin necə baş verdiyi isə təəccüb doğurmamalıdır. Məsələn, Vyana beynəlxalq münasibətlər sistemini əvəz edəcək dünya nizamı son imperator II Nikolayın dövründə Rusiya tərəfindən formalaşmağa başladı. Həmçinin Rusiyanın maraqları nəzərə alınmaqla yaradıldı. Çaxnaşma, vətəndaş müharibəsi və sonrakı hadisələr ona gətirib çıxardı ki, bünövrəni qoyan memar  aradan götürüldü. Sonradan SSRİ Yalta konfransında bu vəziyyəti düzəltməyə və hər şeyi öz yerinə qaytarmağa çalışdı. Qismən uğur qazansa da, istəyinə tam şəkildə nail ola bilmədi. İndi də Rusiyanın qarşısında hər şeyi yenidən yaratmaq vəzifəsi durur. Yəni Rusiya İmperatorunun başladığı işi sona çatdırmaq lazımdır. Amma proses asan və sürətli olmayacaq. Buna baxmayaraq hər şey düzgün formada həyata keçirilsə, Rusiyanı əsrlər boyu sakitlik və inkişaf gözləyir.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 22 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal


son xeberler azerbaycan xeberleri yeni xeberler novruz bayramı enson xeberler beynelxalq bank mezenne cəbhədən son xəbərlər 2026