Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər imtahan verir

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər imtahan verirAzərbaycan Vəkillər Kollegiyası (VK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə növbəti ixtisas imtahanının test mərhələsi keçirilir.
azxeber.com xəbər verir ki, imtahan Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda, saat 10:00-dan etibarən elektron formatda başlayıb və 3 saat davam edəcək.
DİM və VK-nın birgə təşkilatçılığı ilə keçirilən imtahanda iştirak üçün ümumilikdə 421 namizəd müraciət edib. Namizədlərə hüququn müxtəlif sahələrini əhatə edən hər biri 1 balla qiymətləndirilən 100 test sualı təqdim olunub, keçid balı isə 60-dır. Nəticələr imtahan bitdikdən dərhal sonra açıqlanacaq və VK-nın rəsmi internet səhifəsində (www.barassociation.az) yerləşdiriləcək.
İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakı təmin edilib.
Statistik göstəricilərə əsasən, namizədlərin 55,2%-i Bakı şəhərindən, 44,8%-i isə digər regionlardan qatılıb. İmtahanda Azərbaycanın əksər bölgələrinin təmsil olunması regionlarda vəkil çatışmazlığının aradan qaldırılmasına töhfə verəcək. Namizədlərin 17,8%-i xarici, 82,2%-i isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan təhsil müəssisəsi 48,2% göstərici ilə Bakı Dövlət Universitetidir 
Yaş göstəricilərinə görə, iştirakçıların 71%-i 40 yaşadək şəxslərdir. Namizədlərin 26%-i qadın, 74%-i isə kişilərdir. Naxçıvan Muxtar Respublikası VK üzrə namizədlər isə ümumi iştirakçıların 1%-ni təşkil edir.
Modern.az 

Sosial       Tarix: 06 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Şəhid anası vəfat etdi

Mingəçevirdə Birinci Qarabağ müharibəsi şəhidi Qədir Məmişovun anası dünyasını dəyişib. Ölüm faktı ailənin yaşadığı N.Nərimanov küçəsində yerləşən mənzildə qeydə alınıb. 1941-ci il təvəllüdlü Məmmədova Zoya Şafikovna gec

Vital Hospitalda ölən körpə zirzəmiyə atılıb? - Nazirlik məlumat yaydı

Vital Hospitalda ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sosial şəbəkələrdə hospitalla bağlı yayılan məlumat Səhiyy

Tahir Əmiraslanovdan yeni trendə sərt reaksiya: "Milli mətbəxin axırına çıxırlar

Sosial şəbəkələrdə menyularda "xoruz dəyməyən toyuq", "dəcəl quzu" və "cavan quzu" kimi qeyri-adi adlarla təqdim olunan yeməklər geniş müzakirələrə səbəb olub. Yumor məqsədilə seçildiyi görünə

46 yaşlı qadın qızdırmadan öldü

Ağdaşda 46 yaşlı qadın vəfat edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva Ağdaş rayon Mərkəzi Xəstəxanasında vəfat edib

Günəş kremi xərçəngə səbəb olurmu?

Sosial şəbəkələrdə günəş kremlərinin dəri xərçənginə səbəb olduğu ilə bağlı yayılan iddialar elmi araşdırmalar tərəfindən təsdiqlənmir. Mütəxəssislər bildirirlər ki, düzgün istifadə olunan günəş kremləri əksinə, zərərli ultrabənövşəy

AYNA "Koroğlu"dan "Sea Breeze"ə gedən marşrutu bərpa edir

İyulun 18-dən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini "Sea Breeze" istirahət mərkəzi ilə əlaqələndirən 150E nömrəli ekspres marşrutunun fəaliyyəti bərpa olunur. xəbər verir ki, bu barədə Azərbaycan Yerüst

Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi

Baş Prokurorluğun vəsatəti əsasında Özbəkistan Respublikasının Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanı

Azərbaycanda boşanma statistikası: Ən çox bu yaşda boşanırlar

Son illər Azərbaycanda ailə institutunda müşahidə olunan dəyişikliklər boşanma statistikasında da öz əksini tapır. . Rəsmi məlumatlara görə, 2026-cı ilin ilk beş ayında ölkədə 15 min 107 nikah, 8 min 87 boşanma qeydə alınıb

Qızıl ucuzlaşdı - Son qiymətlər açıqlandı

Qlobal əmtəə bazarlarında qızıl və gümüşün qiymətlərində eniş qeydə alınıb. xəbər verir ki, birja göstəricilərinə əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçerslər


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber idman xeberleri iqtisadiyyat xeberleri bugun en son xəbərlər bugün