Türkiyə və İsrail müharibə astanasında - Britaniya nəşri

Türkiyə və İsrail müharibə astanasında - Britaniya nəşri"Financial Times": "Qeyri-sabit bölgədə  Birləşmiş Ştatlarla müttəfiq olan ən güclü iki ordu arasındakı qarşıdurma baş verə bilər"
 "İsrail və İran arasında son eskalasiyanın nəticələri yeni böyük qarşıdurmaya səbəb ola bilər. Təl-Əvivin aqressiv ritorikası Türkiyəni narahat edib. İndi iki güc arasında birbaşa toqquşma ehtimalı dəfələrlə artıb".
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" yazır.
İsrail və İran arasında 12 günlük müharibə Yaxın Şərqdə güc balansını yenidən cızıb.  Lakin ən təhlükəli nəticə İranla daha da gərginləşmə deyil, Türkiyə ilə İsrail arasında dartışmanın daha da şiddətlənməsi  ola bilər. Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının bu yaxınlarda keçirilən sammitində çıxışı zamanı Ankaranın mövqeyini açıqlayıb: "Fələstin problemi yoxdur, Livan problemi yoxdur, Suriya problemi yoxdur, Yəmən problemi yoxdur, İran problemi yoxdur – açıq şəkildə İsrail problemi var".
Türkiyə və İsrail müharibə astanasında - Britaniya nəşri"Financial Times" yazır ki, bu sözlər Türkiyənin İsrailin bölgədəki rolu ilə bağlı müttəfiqdən rəqibə, indi isə birbaşa düşmənə çevrilməsini əks etdirir. Ankara İsrailin artan iddialılığından və regional hegemon olmaq üçün yeni ambisiyalarından narahatdır. "Ərdoğanın əsas müttəfiqi Dövlət Baxçalı bu yaxınlarda İsraili "Anadolunu mühasirəyə almaq" və Türkiyədə sabitliyi pozmaq cəhdində ittiham edib. Bir vaxtlar tabloidlərlə məhdudlaşan bu cür bəyanatlar indi Türkiyə hökumət nazirliklərinin və əsas medianın gündəmində möhkəm yer tutur. Vəziyyət təhlükəsizlik rəsmilərinin Türkiyənin artan təsirini "İrandan daha böyük uzunmüddətli təhdid" kimi görməyə başladığı İsraildə əks olunur. Ərdoğanın HƏMAS-a ictimai dəstəyi Netanyahu hökumətinin kəskin reaksiyasına səbəb olub. Onsuz da qeyri-sabit olan bölgədə, hər ikisi Birləşmiş Ştatlarla müttəfiq olan ən güclü iki ordu arasındakı qarşıdurma  baş verə bilər. Münaqişə həm ideoloji, həm də geosiyasi xarakter daşıyır. Ərdoğanın islamçı hökuməti türk millətçiliyi  bir tərəfdə, İsraildə ifrat sağçı koalisiya  bir tərəfdə. Bu  qarşı-qarşıya duran dünyagörüşləri kompromis üçün çox az yer buraxır.
Türkiyə və İsrail müharibə astanasında - Britaniya nəşriSuriya əsas qarşıdurma meydanına çevrilib. 2024-cü ilin sonlarında Əsəd rejiminin süqutundan sonra hər iki ölkə ölkənin müharibədən sonrakı strukturunda nüfuz uğrunda mübarizə aparır. Türkiyə mövcudluğunu genişləndirir, hakimiyyətə gələn müttəfiqlərini dəstəkləyir və mərkəzləşdirilmiş türkyönlü hökumət ideyasını təbliğ edir. Ankara artıq Suriyanın şimalında geniş ərazilərə nəzarət edir və bütün ölkə ərazisində iqtisadi və hərbi təsirini artırmağa çalışır. İsrail də öz növbəsində hava hücumlarını gücləndirib və cihadçı qruplarla əlaqələri səbəbindən Suriyanın yeni hakimiyyətlərinə şübhə ilə yanaşan kürdlərin və druzların muxtariyyətini dəstəkləyir. Gərginlik aprel ayında İsrailin Türkiyə hərbi bazasının tikintisi üçün nəzərdə tutulan əraziyə zərbə endirməsi ilə pik həddə çatıb. Hazırda iki tərəf arasında hərbi qaynar xətt mövcud olsa da, diplomatik əlaqələr donmuş qalır".
Nəşr yazır ki,  Türkiyə İran-İsrail münaqişəsindən özünəməxsus nəticə çıxarıb.  Ankara artıq öz hərbi zəifliklərini aradan qaldırmaq üçün addımlar atır.
 

Siyasi       Tarix: 06 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar


azerbaycan xeberleri son xeberler yeni xeberler metbuat beynelxalq bank mezenne metbuat xeberleri xeber.az 2026