2 şagird ölüb, təhsil müəssisələrində 1 həftəlik fasilə verilməlidir' - Qızılca təhlükəsi artır
Xəbər verdiyimiz kimi, Bakıda şagird qızılca xəstəliyindən vəfat edib. Bundan bir neçə gün əvvəl Kürdəmirdə də qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı vəfat edib.
azxeber.com xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov "Facebook" hesabında paylaşım edib.
O, xəstəliyin daha da artmaması üçün təhsil müəssisələrində 1 həftəlik fasilənin vacib olduğunu bildirib:
"Çox təəssüf ki, hazırda şagirdlər arasında qızılca xəstəliyinə tutulmuş şəxslərin sayı artır. Ağır xəbər odur ki, iki şagird bu xəstəlikdən dünyasını dəyişib. İnsanlar hələ də başa düşmək istəmir ki, biz pandemiya dövründə yaşayırıq. Koronavirus infeksiyası bitməyib və indi müxtəlif xəstəliklər formatında insanlara bulaşır. Biz məktəblərin mütəmadi olaraq dezinfeksiya işlərini həyata keçirməliyik, hansısa əlamət müşahidə olunan şagirdi nəzarətə almalıyıq və əsas, məktəblərdə tibbi xidmətin keyfiyyətini yüksəltməliyik. Mövsümü xəstəlikləri də nəzərə alsaq, məktəbdə şagirdlər arasında vəziyyətin ürəkaçan olmadığını görə bilirik. Düşünürəm ki, ölkədə qızılcaya yoluxmanın artdığı dövrdə, əhatə dairəsinin genişlənməməsi, yoluxanların fəsadlarının təhlükəli həddə çatmaması üçün bütün təhsil müəssisələrində 1 həftəlik fasilə verilməlidir.
Çünki təkcə orta məktəblərdə yox, həmçinin universitet tələbələri arasında yoluxma halları baş verib".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR