20 min manatdan artıq banka pul qoyanlar, ev alanlar deməlidir ki... - YENİ QAYDA

20 min manatdan artıq banka pul qoyanlar, ev alanlar deməlidir ki... - YENİ QAYDA"Bu qərar yeni deyil, uzun müddətdir var".
KONKRET.az xəbər verir ki, bu sözləri Valyuta.az-a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bəzi bankların 20000 manata qədər qoyulan depozitlərə görə pulun mənbəyi ilə bağlı tələbini şərh edərkən deyib.
Əkrəm Həsənov bildirib ki, 2009-cu ildə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna görə 20000-dən çox nağd pulu banka gətirən, notariusa aparan şəxsdən mütləq pulun mənbəyi soruşulmalıdır:
"Ola bilər ki, bu pul, qanunsuz yolla əldə olunub. Vətəndaş isə buna cavab verməli, pulun haradan gəldiyini deməlidir", deyə Əkrəm Həsənov bildirib.
Ekspert qeyd edib ki, indiyə qədər bu qanun tətbiq edilmirdi: "Bu qanunun tətbiqinin nə onda, nə indi əhəmiyyəti yoxdur. İndi göstərmək istəyirlər ki, maliyyə monitorinqi xidməti var və onlar da çirkli pulların yuyulmasına qarşı mübarizə aparır. Bundan əlavə beynəlxalq təşkilatlar da Azərbaycandan bunu tələb edirlər. Buna görə də formal olaraq bununla bağlı hesabat istəyirlər. Vətəndaş pul dəyişir soruşurlar, banka gəlir soruşurlar, ev alır notarius soruşur. Bunun isə heç bir əhəmiyyəti yoxdur. Çünki vətəndaş istədiyi cavab verə bilər. Məsələn, deyə bilər babamdan qalıb. Bank və notarius isə hansısa yolla bunun babasından necə qalmasını, necə bağışlanmasını müəyyən edə bilməz. Vətəndaş ona 10 il, 20 il bundan əvvəl bu bağışlanan əmlakı, pulu sübut etməyə borclu deyil".
"Avropa və Qərb dövlətlərində bununla bağlı qərarlar necə tənzimlənir" sualına cavab olaraq ekspert bildirib ki, həmin dövlətlərdə gəlir bəyannaməsi ilə bağlı qanun var. Bütün məsələlər bu qanuna görə tənzimlənir:
"Bu qanuna görə hamı hər il gəlirini bəyan etməlidir. Ona görə də Avropa və Qərb ölkələrində vətəndaşdan bank soruşanda o deyə bilməz ki, babamdan, nənəmdən qalıb. Çünki onlar həmin şəxsin gəlir bəyannaməsinə baxacaq. Bu bəyannamə isə hər şeyi müəyyənləşdirir".

Sosial       Tarix: 20 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal son xeberler az sonxeberler