20 yaşlı Leyla və 8 aylıq körpəsi niyə öldürüldü? - YENİ FAKTLAR
Ötən ay həyat yoldaşı Fərid Hüseynli tərəfindən qəddarcasına qətlə yetirilən BDU tələbəsi 20 yaşlı Leylanın və 8 aylıq körpəsinin ölümü ilə bağlı bəzi detallar ortaya çıxıb.
azxeber.com xəbər verir ki, Leylanın babası Məhəmməd İbadov "AStar" layihəsinə açıqlaması zamanı qətlin yeni təfərrüatlarından danışıb.
O, cinayət baş verən günü hadisə yerinə Leylanın anasından əvvəl qayınanasının gəldiyini və onun sadəcə özünə çoxsaylı bıçaq zərbələri yetirən oğlunu xəstəxanaya apardığını deyib.
Leyla ilə 8 aylıq körpəsi isə evdə döşəmədə uzanıqlı vəziyyətə qalıblar. Bu səbəbdən də Leylanın babası bu cinayətin əvvəldən təşkil edildiyini iddia edir.
Əvvəl Fəridin 8 aylıq körpəsini bilməyərəkdən yaraladığı və ona iki bıçaq zərbəsi vurduğu deyilsə də, Leylanın atası Əlişan İbadov bunu təkzib edib.
O, balaca Aylaya bıçaqla 7 zərbə endirildiyini və onun qəsdən öldürüldüyünü deyib. Leylanın atası Fəridin uşağı yatdığı döşəyin üzərində bıçaqladığını iddia edib.
Fəridin atası Firdovsi Hüseynli isə qətllə bağlı heç bir məlumatı olmadığını, o gündən sonra oğlu ilə görüşə bilmədiyini deyib.
Məlumat üçün bildirək ki, hadisə iyunun 20-də Abşeron rayonu Qobu qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Leyla ilə yanaşı, 8 aylıq qızını da öldürüb, daha sonra özünə xəsarət yetirib.
Ətraflı videoda:
Turlar.az [newsid: 0-123300]

Fatimə həftələrdir reanimasiyada olan anasını paylaşdı
Əzizlərimizi yaşatmağa gecikməyək' - Xalq artisti
Azərbaycan bu ölkəyə tanker hədiyyə etdi - Mərasimdən fotolar
Paşinyan müxalifəti tamamilə sıradan çıxarır
ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib
AMB iyunun 22-nə olan rəsmi məzənnələri açıqladı - Dollar və avro neçəyədir?
Xamenei ilə vida mərasiminə Bakıdan o gedəcək
İki ölkə arasında imzalanmış sənədlər mübadilə olundu - Fotolar
"Qarabağ" Martin Zlomisliçi transfer etdi
AZAL donanmasına dördüncü müasir "Airbus A320neo" əlavə olundu
Danışıqlar dayandırıldı - İran nümayəndələri məkanı tərk etdi
"Neftçi" kapitanlarla bağlı qərar verdi
Bakıda restoranlarda 10–15 faiz servis haqqı - Ödəməliyik, yoxsa şikayət etməliyik?
Niger Məsləhət Şurasının sədri Azərbaycana səfərə gəlib