20.000 illik enerji: Çinin torium reaktorları ilə iddialı planı
Çin nüvə elektrik stansiyalarına alternativ təmin etmək məqsədi ilə Qobi səhrasında ikinci mayeləşdirilmiş torium duz reaktoru inşa edəcək.
KONKRET.azxəbər verir ki, "South China Morning Post"un məlumatına görə, buna səbəb Çinin uran çatışmazlığından narahat olmasıdır. Uran az olsa da, torium çoxdur. Çinin torium yataqları ölkənin gələcək 20 min il ərzində enerji ehtiyacını ödəmək üçün kifayət edir.
Hazırda Qobi səhrasında 2023-cü ilin iyun ayından fəaliyyət göstərən torium reaktoru var, lakin bu reaktor cəmi 2 meqavat istilik enerjisi istehsal edir.
Qeyd edək ki, bu reaktor elektrik enerjisi istehsal edə bilməz. Plana əsasən, Qobi səhrasında elektrik stansiyası layihəsi 2029-cu ildə istifadəyə veriləcək və birinci mərhələdə maksimum 60 meqavat istilik enerjisi istehsal edəcək. Bu enerjinin bir hissəsi elektrik enerjisi istehsal etmək üçün 10 meqavatlıq bir mühərrik işlədəcək, qalan hissəsi isə hidrogen istehsalına sərf olunacaq. Torium reaktorları uranla işləyən reaktorlardan daha təhlükəsizdir, çünki onlar soyutma prosesində sudan istifadə etmirlər.
Adi atom elektrik stansiyasının nasosu nasaz olarsa, partlayış baş verə bilər. Bununla belə, torium reaktorunda ərimiş duz bir konteynerə tökülür və ətraf mühit üçün az risk yaradır. Layihə 2029-cu ildən istifadəyə veriləcək. Eyni bölgədə külək turbinləri, günəş enerjisi qurğuları, istilik elektrik stansiyaları, kimya istehsalı müəssisələri və ərimiş duz əsaslı enerji anbarları da olacaq.
Digər tərəfdən, torium reaktorunun tutacağı sahə futbol meydançasının səthindən daha kiçik olacaq. Çin 2030-cu ildən sonra quracağı torium reaktorlarını kommersiya məqsədləri üçün işlətməyi planlaşdırır və onların 100 meqavat və ya daha çox istehsal etməyi hədəfləyir.
Natiq Səlim,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat